Divertikulyoz və divertikulit: Fərq nədir?
02.08.2026 10:30

Divertikulyoz və divertikulit tez-tez bir-biri ilə qarışdırılan həzm sistemi xəstəlikləridir.
Aztibb.az xəbər verir ki, mütəxəssislər bu iki anlayışın mənası və müalicə yanaşmasının fərqli olduğunu bildirirlər.
Belə ki, divertikulyoz yoğun bağırsağın divarında kiçik kisəciklərin – divertikulların əmələ gəlməsi ilə xarakterizə olunur. Bu vəziyyət əksər hallarda heç bir əlamət vermir və profilaktik müayinələr zamanı təsadüfən aşkar edilir.
Divertikulit isə həmin divertikulların iltihablaşması nəticəsində yaranır və tibbi müdaxilə tələb edən vəziyyət hesab olunur.
Həkimlərin sözlərinə görə, divertikulit zamanı sol aşağı qarın nahiyəsində ağrı, qızdırma, qəbizlik və ya ishal, həmçinin ümumi halsızlıq kimi əlamətlər müşahidə oluna bilər.
Xəstəliyin diaqnozu həkim müayinəsi, laborator analizlər və zərurət olduqda qarın boşluğunun kontrastlı kompüter tomoqrafiyası (KT) əsasında dəqiqləşdirilir. Müalicə xəstəliyin ağırlıq dərəcəsinə uyğun müəyyən edilir. Yüngül hallarda dərman müalicəsi kifayət etsə də, ağırlaşmalar zamanı cərrahi müdaxilə tələb oluna bilər.
Mütəxəssislər vurğulayırlar ki, ilk simptomlar yarandıqda vaxtında həkimə müraciət edilməsi mümkün ağırlaşmaların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Türkiyənin yerli istehsalı olan süni ürək-ağciyər aparatı tətbiq edildi - 57 xəstədə uğurlu nəticə
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Autizmli qadınlarda menopauza əlamətləri narahatlıq və depressiv əlamətlərlə daha qabarıq müşahidə edilir - Araşdırma