Ağır COVID-19 xəstələrində herpes virusunun aktivləşməsi ölüm riskini artıra bilər
07.08.2026 18:38

Almaniyanın Essen Universitet Xəstəxanasının alimləri müəyyən ediblər ki, ağır COVID-19 keçirən və birinci tip sadə herpes virusunun (HSV-1) yenidən aktivləşməsi müşahidə olunan xəstələrdə reanimasiya şöbəsində sağqalım daha aşağı, intensiv orqan dəstəyinə ehtiyac isə daha yüksək olur.
Aztibb.az xəbər verir ki, "PLoS One" jurnalında dərc olunan tədqiqata əsasən, reanimasiya şöbəsində müalicə alan xəstələrin 36%-də virus reaktivasiyası qeydə alınıb. HSV-1-in yenidən aktivləşməsi süni tənəffüs ventilyasiyasına daha uzun müddət ehtiyac, ekstrakorporal membran oksigenasiyası (ECMO) və böyrək əvəzedici terapiyanın daha tez-tez tətbiqi ilə əlaqələndirilib.
Araşdırma 455 təsdiqlənmiş COVID-19 xəstəsinin məlumatlarını əhatə edib. Müəlliflər hesab edirlər ki, ağır COVID-19 xəstələrində virus yükünün müntəzəm monitorinqi aparılmalı, antiviral müalicənin effektivliyini qiymətləndirmək üçün əlavə tədqiqatlar həyata keçirilməlidir.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır