COVID-19-un daha bir fəsadı bəlli oldu
30.12.2020 17:09

Koronavirus keçirənlərdə çox vaxt hüceyrə imunitetinin uzunmüddətli pozqunluğu üzə çıxır, nəticədə təkrar yoluxmalara həssaslıq arta, habelə COVID-19-a qarşı müqavimət tam şəkildə inkişaf etməyə bilər.

 

Aztibb.az xəbər verir ki, belə bir qənaət Alabama Universiteti tədqiqatçılarının “Journal of Clinical İnvestigation” nəşrində dərc olunmuş araşdırmasında ortaya qoyulur.

 
Araşdırma zamanı 46 nəfər xəstəxanada yatan koronavirus xəstəsinin və 39 nəfər evdə təcrid olunmuş yoluxanın qanından immun hüceyrələrini götürülərək təhlil edilib, sağlam nkönüllülərin nümunələrilə müqayisə aparılıb.
 

Nəticədə koronavirus keçirənlərin bir çoxunda immun hüceyrələrinin xeyli zəiflədiyi, beləliklə də yeni yoluxucu xəstəliklərə qarşı dayanıqsız olduqları üzə çıxdı.

 

Həmçinin COVID-19 əlamətlərinin yüngül olduğu şəxslərdə xəstəxanalıq olanlara nisbətən immun pozulmasının daha uzun çəkməsi də gözlənilməz oldu. Xüsusilə bu qayda yaşlılarda özünü göstərdi.

“Bu nəticələr COVID-19 zamanı immun sisteminin hansı dəyişkənliklərə məruz qaldığını göstərərək immun sisteminin daha uzun pozulmaların ehtimal etmək üçün əsas yaradır”, – məqalədə qeyd olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər