Müxtəlif ölkələrdə pandemiya ilə bağlı son statistika
30.12.2020 12:24

Hindistanda son sutkada daha 20 549 nəfərdə koronavirus aşkarlanıb, 286 nəfər ölüb.

 

Bununla da Hindistanda COVID-19-a yoluxanların sayı 10 244 582-yə, virusdan vəfat edənlərin sayı isə 148 439-a çatıb.

 

Pakistanda son 24 saatda COVID-19-a 1776 nəfər yoluxub. Beləliklə, pandemiya dövründə xəstələrin sayı 476 min 85 nəfərə çatıb.

 

Son gündə virusdan 63 xəstə dünyasını dəyişib, bununla da ölənlərin sayı 9 min 992 nəfərə çatıb. Bildirilir ki, ölkə xəstəxanalarında 39 min 599 pasiyent var.

 

Pandemiya vaxtı 425 min 494 xəstə sağalıb. İndiyədək Pakistanda 6 milyon 619 min 983 test edilib.

 

Fransada ötən gün ərzində koronavirusa 11 min 395 nəfər yoluxub. Ölkədə 384-ü xəstəxanalarda, 585-i qocalar evlərində olmaqla 969 ölüm faktı qeydə alınıb.

 

Beləliklə, Fransada koronavirusa yoluxanların ümumi sayı 2 milyon 574 min 41-ə, ölənlərin sayı 64 min 78-ə çatıb.

 

Xəstəxanalarda 24 min 776 xəstə müalicə alır. Reanimasiya şöbələrində 2 min 675 ağır koronavirus xəstəsi var.

 

Gürcüstanda son gündə koronavirusa 1 738 yeni yoluxma halı təsdiqlənib, 1 494 nəfər müalicə olunaraq sağalıb, 38 pasiyent isə ölüb.

 

Qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 225 893 təşkil edir. Yoluxanların 210 445-i sağalıb, 2 481-i isə vəfat edib.

 

Ermənistanda daha 582 nəfərdə koronavirus aşkarlanıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 158 878-ə yüksəlib.

 

Ölkədə pandemiyadan ölənlərin sayı 10 nəfər artaraq 2 807-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 679-a yüksəlib. İndiyədək 141 844 pasiyent infeksiyadan sağalıb.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər