190 manat birdəfəlik ödəmə daha hansı rayonlar üzrə veriləcək?
08.07.2020 19:58

Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” qərarında etdiyi dəyişikliyə əsasən, daha 6 rayon və o cümlədən 3 şəhərdə koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

 

Bu siyahıya Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən və Xaçmaz rayonları, o cümlədən Mingəçevir və Şəki şəhərləri daxil edilib. Dəyişikliyə əsasən, Yevlax rayonu isə siyahıdan çıxarılıb, siyahıya yalnız Yevlax şəhəri salınıb.

 

Beləliklə, Nazirlər Kabinetini “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” 23 iyun 2020-ci il 216 saylı qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi nəzərdə tutulurdu. Dəyişikliyə əsasən, 190 manat məbləğində bir dəfəlik ödəmə artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Yevlax (çıxıb), Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonlarına şamil ediləcək.

ÇOX OXUNANLAR
1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının və 27 nömrəli Şəhər Poliklinikasının baş həkimləri təltif olunub
 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin anestezioloq-reanimatoloqları üçün simulyasiya təlimi keçirilib   
“Gündəlik təcrübədə klinik genetik testlərin inteqrasiyası” mövzusunda multidissiplinar elmi seminar keçirilib
 Kəlbəcərdə axtarış tədbirləri zamanı itkin düşmüş şəhidlərə aid insan qalıqları aşkarlanıb   
 Quba RMX-da 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir   
Hamilə pasiyent üzərində laparoskopik öd kisəsi əməliyyatı uğurla icra olunub
        Abituriyentlərə təhsil və karyera imkanları təqdim olunub          
Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
 Kolonoskopiyadan qorxmağa dəyərmi?   
Antibiotiklərin bağırsağa təsiri
 Pirallahıda 53 yaşlı qadının 35 il sonra ilk övladı dünyaya gəlib   
ÜST Avropa regionunda uşaq və yeniyetmələrin psixi sağlamlığı xidmətlərinin keyfiyyətini gücləndirir
 Dövlət Gömrük Komitəsinin rəhbər əməkdaşı beynəlxalq səviyyəli MBA proqramını fərqlənmə ilə başa vurub   
Mərkəzi Neftçilər Xəstəxanasının terapevti Pərizad Baxşəliyeva Baku TV-yə müsahibə verib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib