Parkinsonun kök hüceyrə texnologiyası əsaslı müalicəsi genişlənir - 2029-cu ildə...
17.11.2026 12:16

Yaponiyada Parkinson xəstəliyinin müalicəsində kök hüceyrə texnologiyasına əsaslanan yeni tətbiqi genişləndirir.

 

Aztibb.az "2N News"a istinadən yazır ki, Kyoto Universiteti Xəstəxanasında ilk dəfə Parkinson xəstəsinə induksiya edilmiş pluripotent kök hüceyrələri (iPS) əsasında hazırlanmış hüceyrələr köçürülüb.

Parkinson xəstəliyi hərəkət sistemini zədələyən, xroniki və proqressiv xarakter daşıyan nevroloji xəstəlikdir. Əsasən titrəmə, hərəkətlərin ləngiməsi və əzələ sərtliyi ilə müşayiət olunur. Xəstəlik zamanı beyində dopamin istehsal edən sinir hüceyrələri tədricən məhv olur. Mövcud müalicə üsullarında əsasən dopaminin səviyyəsini artıran və ya onun təsirini təqlid edən preparatlardan istifadə edilir. Lakin xəstəlik irəlilədikcə dərmanların təsiri dəyişkən xarakter ala və simptomlara nəzarət çətinləşə bilər.

Yaponiyada tətbiq edilən yeni müalicə üsulunda sağlam donorların hüceyrələrindən əldə olunan iPS hüceyrələri dopamin istehsal edən neyronların sələf hüceyrələrinə çevrilir. Daha sonra bu hüceyrələr xəstənin beyninə köçürülür. İPS hüceyrələrinin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar yetkin və ixtisaslaşmış hüceyrələrin yenidən ilkin, pluripotent vəziyyətə qaytarılması yolu ilə əldə edilir və müxtəlif hüceyrə tiplərinə çevrilə bilir.

Bu müalicə yanaşması əvvəlcə klinik sınaqlar çərçivəsində qiymətləndirilib. Yaşları 50-69 arasında dəyişən yeddi Parkinson xəstəsinin hər birinə beynin hər iki yarımkürəsinə 5 milyon və ya 10 milyon hüceyrə köçürülüb. İştirakçılar iki il ərzində müşahidə altında saxlanılıb. Sınaq nəticələrinə əsasən, ciddi əlavə təsir qeydə alınmayıb, dörd xəstədə isə xəstəliyin simptomlarında yaxşılaşma müşahidə olunub.

Yaponiyanın tənzimləyici səhiyyə qurumları uğurlu klinik sınaqların nəticələrindən sonra müalicə metoduna mart ayında ilkin təsdiq verib.

Müalicəni inkişaf etdirən Yaponiyanın əczaçılıq şirkəti 2029-cu ilin mart ayınadək 20-30 xəstəyə hüceyrə transplantasiyası həyata keçirməyi planlaşdırdığını açıqlayıb. Yerli KİV-in məlumatına görə, növbəti yeddi il ərzində müalicənin təhlükəsizliyi və effektivliyi təsdiqlənərsə, onun Yaponiyada tam tənzimləyici təsdiq alması mümkün olacaq.

Yeni yanaşma Parkinson xəstəliyinin müalicəsində zədələnmiş dopamin istehsal edən hüceyrələrin funksiyasını bərpa etməyə yönəlmiş perspektivli istiqamətlərdən biri hesab olunur. Bununla belə, əldə edilən ilkin nəticələr metodun xəstəliyi tam müalicə etdiyini göstərmir. Onun uzunmüddətli effektivliyinin və təhlükəsizliyinin müəyyənləşdirilməsi üçün əlavə klinik tədqiqatlara ehtiyac var.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
Minnətdarlıq hissi beynin fəaliyyətinə təsir edir - Elmi araşdırmalar nə deyir?
Vitamin C haqqında nə qədər məlumatlısınız?
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib   
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər   
İmmun hüceyrələri orqanizmin özündə yenidən proqramlaşdırıla bilər - Biotexnoloji yanaşma