Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
17.11.2026 12:30

Azərbaycanlı uroloq-cərrah, tibb elmləri doktoru Rəşad Şolan Beynəlxalq Urologiya Cəmiyyətinin (Société Internationale d’Urologie - SIU) Florensiyada keçirilən SIU 2026 dünya konqresində qadın uretra darlığının müalicəsinə dair yeni cərrahi metodunu təqdim edib.

 

Aztibb.az xəbər verir ki, üsul “Mosquito texnikası” adlandırılıb. Müəllifin məlumatına görə, o, indiyədək elmi ədəbiyyatda təsvir olunmayıb. Cərrahın sözlərinə görə, qadınlarda sidik kanalı daralmalarında icra olunan bu metodun yaxın dönəm nəticələri çox ümidvericidir, uğur göstəricisi 100 faizə yaxındır. Təqdimat konqresin SANTU simpoziumunda dinlənilib. SIU-nun təşkilat komitəsinin qərarı ilə Rəşad Şolan həmin metodikasına əsasən konqresin BANTUC proqramının nominantı və qalibi olub.

 

Urologiyada əlçatan yeni texnologiyalar simpoziumu SIU konqresi çərçivəsində keçirilir və uroloji yardımı daha praktik, daha əlçatan edə biləcək yeni texnoloji həllərin təqdimatına həsr olunur. Simpoziumda təqdim edilən işlər arasından BANTUC proqramı üzrə ən yaxşılar seçilir. Azərbaycanlı həkimin burada iştirakı milli klinik təcrübənin dünya elmi gündəminə daşınması deməkdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
Minnətdarlıq hissi beynin fəaliyyətinə təsir edir - Elmi araşdırmalar nə deyir?
Vitamin C haqqında nə qədər məlumatlısınız?
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib   
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər   
İmmun hüceyrələri orqanizmin özündə yenidən proqramlaşdırıla bilər - Biotexnoloji yanaşma