Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərara dəyişiklik - Daha 2 rayon əlavə olundu
08.07.2020 19:40

Goranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

 

AR Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.

 

Qüvvədə olan qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib. 

 

 

Dəyişikliyə əsasən, artıq sərtləşdirilmiş xüsusi karantin rejimi yalnız Goranboy və Göygöl şəhərlərində deyil, ümumən bu rayonlarda tətbiq olunacaq. Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar müəyyənləşdirilən məhdudiyyətlər Goranboy və Göygöl rayonlarında da tətbiq olunacaq. 

 

Qərar bu gündən qüvvəyə minir.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Parkinsonun kök hüceyrə texnologiyası əsaslı müalicəsi genişlənir - 2029-cu ildə...
Meşədə cəmi 3 gün keçirmək immun hüceyrələrinin aktivliyini 80 faiz artıra bilər
Süni üsulla yaradılan buynuz qişa milyonlarla insana görmə ümidini qaytara bilər  
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma