Gürcüstanda sutka ərzində ən az yoluxma qeydə alınıb - Qonşu ölkələrdə son vəziyyət
08.07.2020 15:47

Rusiyada son sutka ərzində daha 6 562 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 700 min 792-yə çatıb.

 

Bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı  217 min 614 nəfər təşkil edir.

 

Ötən gün ərzində xəstəlik səbəbindən daha 173 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 10 667-yə çatıb. Ümumilikdə 472 min 511 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda sutka ərzində 5 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
 

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bununla ölkə üzrə xəstəliyə yoluxanların sayı 963-ə çatıb. Xəstəlik səbəbindən 15 nəfər həyatını itirib, 841 nəfər isə sağalaraq evinə buraxılıb.

 

Ermənistanda sutka ərzində daha 535 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

 

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 29 820-yə çatıb.

 

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 18 nəfər artaraq 521-ya çatıb. Ümumilikdə 17 427  pasiyent müalicə olunaraq sağalıb, 11 708  xəstənin müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyula qədər uzadılıb.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Parkinsonun kök hüceyrə texnologiyası əsaslı müalicəsi genişlənir - 2029-cu ildə...
Meşədə cəmi 3 gün keçirmək immun hüceyrələrinin aktivliyini 80 faiz artıra bilər
Süni üsulla yaradılan buynuz qişa milyonlarla insana görmə ümidini qaytara bilər  
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma