ATU əməkdaşının həmmüəllifi olduğu elmi məqalə Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib
27.11.2026 13:21

Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb elmləri doktoru Elman Əzimovun həmmüəllifliyi ilə hazırlanmış elmi məqalə nüfuzlu “Springer Nature” nəşriyyatının “Journal of Cancer Research and Clinical Oncology” jurnalında dərc olunub.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, jurnal beynəlxalq “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşir və Q1 kvartilinə daxildir.

 

“İrsi BRCA gen mutasiyası olan yumurtalıq xərçəngi xəstələrində süd vəzi xərçənginin profilaktikası” adlı məqaləyə elmi şərh” başlıqlı elmi işdə BRCA1 və BRCA2 gen mutasiyaları olan yumurtalıq xərçəngi xəstələrində süd vəzi xərçənginin profilaktikası ilə bağlı aktual məsələlər təhlil edilir. Məqalədə profilaktik cərrahi müdaxilələrin optimal vaxtı, xərçəng riskinin qiymətləndirilməsi və fərdiləşdirilmiş klinik yanaşmaların əhəmiyyəti elmi baxımdan müzakirə olunur.

 

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Salyan RMX-nın rəhbərliyi şəhid ailələrini ziyarət edib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Alimlər yuxu yaratmadan ağrını azaldan yeni anestetik maddə aşkar ediblər
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
Şəfa görmək istəyən Naftalana gəlsin   
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
ATU-nun Böyük Elmi Şurasında universitetin inkişaf prioritetləri və mühüm qərarlar müzakirə olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər