Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı
24.10.2026 14:04

“Azərbaycan Tibb Universitetinin Jurnalı”nın 2026-cı il üzrə üçüncü nömrəsi hazırlanıb. Yeni buraxılışda tibbin doqquz istiqaməti üzrə elmi məqalələr, aktual tədqiqatların nəticələri və beynəlxalq elmi əməkdaşlığın nümunəsi olan araşdırmalar təqdim edilir. 

 

ATU-dan Aztibb.az-a bildirilib ki, jurnalın yeni sayında tibb, ictimai səhiyyə, əczaçılıq, ümumi cərrahiyyə, urologiya, pediatriya, patofiziologiya, anatomiya və histologiya sahələrini əhatə edən elmi işlər yer alıb. Məqalələr tibbin müxtəlif istiqamətlərində aparılan tədqiqatların nəticələrini elmi ictimaiyyətin diqqətinə çatdırır. 

 

Buraxılışın əsas diqqətçəkən araşdırmalarından biri Türkiyənin Ege Universitetinin Biokimya kafedrası və Təbiət elmləri fakültəsinin professoru Aziz Eftekharinin rəhbərlik etdiyi elmi qrupun solid şişlərin müalicəsində yeni texnologiyaların tətbiqinə həsr olunmuş tədqiqatıdır. Araşdırmanın jurnalda yer alması onkologiyada innovativ müalicə yanaşmalarının və müasir texnologiyaların tətbiqi perspektivlərinin elmi müzakirəsi baxımından xüsusi maraq doğurur.

 

Xatırladaq ki, “Azərbaycan Tibb Universitetinin Jurnalı” Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısına daxildir və “Google Scholar” və EBSCO beynəlxalq elmi informasiya platformalarında indeksləşdirilir. Jurnalın elektron beynəlxalq standart seriya nömrəsi (e-ISSN) 2788-9807-dir. Məqalələrə rəqəmsal obyekt identifikatorunun (DOI) verilməsi onların elektron mühitdə tanınmasını və elmi istinad sistemlərində izlənilməsini asanlaşdırır. 

 

Nəşrə təqdim olunan məqalələr antiplagiat yoxlamasından keçirilir və elmi rəy proseduru əsasında qiymətləndirilir. Qəbul edilən materiallar jurnalın rəsmi internet səhifəsində yerləşdirilir və PDF formatında oxucuların istifadəsinə verilir. 

 

Jurnalın 2026-cı il üzrə üçüncü nömrəsi ilə "www.atuj.az" (https://www.atuj.az/) internet səhifəsində tanış olmaq mümkündür. Müəlliflər üçün məqalələrin hazırlanması, təqdim edilməsi və nəşrə qəbulu qaydaları ilə daha ətraflı saytda tanış olmaq olar. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib