ATU-da beynəlxalq elmi əməkdaşlıq çərçivəsində fundamental və tətbiqi xarakterli tədqiqatlar davam etdirilib
30.10.2026 15:34

Azərbaycan Tibb Universitetinin (ATU) alimləri 2026-cı ilin sentyabr-oktyabr aylarında beynəlxalq elmi əməkdaşlıq çərçivəsində fundamental və tətbiqi xarakterli tədqiqatlarını davam etdiriblər. ATU-nun Sitologiya, Embriologiya və Histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və Elmi Araşdırmalar Mərkəzinin Elektron mikroskopiya şöbəsinin müdiri dosent Fuad Rzayevin həmmüəlliflikləri ilə elmin müxtəlif istiqamətlərini əhatə edən məqalələri nüfuzlu beynəlxalq bazalarda indekslənən (Scopus və Web of Science) və yüksək impakt faktora malik jurnallarda dərc edilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, qeyd olunan müddətdə 3 elmi iş (2 məqalə Q1 və 1 məqalə Q2) nanobiotexnologiya, neyroelm, materialşünaslıq və biomateriallar kimi müxtəlif elmi istiqamətləri əhatə edir. Tədqiqatlarda Transmission elektron mikroskopiyası (TEM), işıq mikroskopiyas (LM), Skanedici elektron mikroskopiyası (SEM), X-ray difraksiyası (XRD), Furye çevrilməsi ilə infraqırmızı spektroskopiya (FTIR), Bərk hal nüvə maqnit rezonansı spektroskopiyası (ssNMR), Rentgen fotoelektron spektroskopiyası (XPS) və digər müasir metodlardan istifadə edilib. Aparılan tədqiqatlarda ölkənin tanınmış alimləri ilə yanaşı Türkiyə (Tokan Gaziosmanpaşa Universiteti - Aysun Keskin, Adem Keskin), Gürcüstan (Ivane Beritashvili adına Eksperimental Biotibb Mərkəzi - Giorgi Lobzhanidze; Ilia Dövlət Universiteti - Pikria Khomasuridze, Mzia G Zhvania, Nino Pochkhidze; New Vision Universiteti - Nadezhda Japaridze), ABŞ (Hovard Universitetinin Tibb Kolleci - Yousef Tizabi), Fransadan (Lotaringiya Universiteti - Carole Gardiennet) olan tədqiqatçılar da yaxından iştirak ediblər.

 

“Transmission Electron Microscopy–Based Analysis of Silver Nanoparticle–Induced Ultrastructural Damage and Bioaccumulation in Heterakis dispar (Nematoda: Heterakidae) Under In vitro Conditions” adlı məqalədə ( https://analyticalsciencejournals.onlinelibrary.wiley.com/doi/10.1002/jemt.70183) gümüş nanohissəciklərinin (AgNPs) Heterakis dispar nematoduna təsiri in vitro şəraitdə araşdırılıb.

 

“Ultrastructural remodeling of mitochondria-associated vesicular structures in the rat medial prefrontal cortex following Propionic acid exposure” (https://www.sciencedirect.com/science/article/pii/S0006899326003914?via%3Dihub) adlı məqalədə propion turşusunun (PPA) yeniyetmə erkək siçovulların medial prefrontal korteksində neyronların ultrastrukturuna təsiri araşdırılıb. 

 

“Functionalization of graphene oxide with cinnamic acid and lignin for enhanced pesticides adsorption for water purifi cation” adlı ( https://pubs.rsc.org/ra/article/doi/10.1039/d6ra05799c/1372680/Functionalization-of-graphene-oxide-with-cinnamic) məqalədə isə suyun pestisidlərdən təmizlənməsi məqsədilə qrafen oksidin sinnam turşusu və liqninlə funksionallaşdırılması əsasında yeni hibrid nanokompozit materiallar hazırlanıb.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib