Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Sevinc Salahovanın tək müəllif kimi hazırladığı elmi məqalə “European Journal of Radiology” jurnalında dərc olunub.
ATU-dan Aztibb.az-a verilən xəbərə görə, “Abdominal cərrahi müdaxilələrdən sonra postoperativ monitorinqdə qaraciyər və dalağın ultrasəs elastoqrafiyası: radioloji aspektlər” adlı məqalədə qarın boşluğu əməliyyatlarından sonra qaraciyər və dalağın ultrasəs elastoqrafiyası vasitəsilə qiymətləndirilməsinin klinik əhəmiyyəti və bu metodun postoperativ monitorinqdə tətbiq imkanları araşdırılır.
Qeyd edək ki, ATU-nun təqdim etdiyi məlumata əsasən, bu nəşr universitet əməkdaşları arasında Q1 kateqoriyalı jurnalda tək müəllifli məqalənin dərc olunması üzrə ilk nümunədir.

