ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə  
23.11.2026 16:25

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri tərəfindən hazırlanan “Dəmir Yumruq” adlı anatomik maket universitetin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının muzeyinə təqdim edilib.

 

Bu barədə Aztibb.az-a TU-dan xəbər verilib.

 

Bildirilib ki, kafedranın assistenti, tibb üzrə fəlsəfə doktoru Vüsalə Dadaşovanın rəhbərliyi ilə müxtəlif fakültələrin tələbələri tərəfindən ərsəyə gətirilən layihənin əsas məqsədi tarixi Zəfərimizin rəmzinə çevrilmiş “Dəmir Yumruq” obrazını insan anatomiyasının elmi dili ilə ifadə etməkdir.

 

Maketdə said nahiyəsinin əzələləri, onları qanla təchiz edən damarlar və hərəkətin idarə olunmasında iştirak edən sinirlər real anatomik quruluşuna tam uyğun şəkildə işlənib. Beləliklə, insan bədəninin mürəkkəb quruluşu xalqımızın birliyini, gücünü və sarsılmaz iradəsini təcəssüm etdirən vahid kompozisiyada birləşdirilib. Kompozisiyanın aşağı hissəsində yerləşdirilmiş Azərbaycan xəritəsi ərazi bütövlüyümüzü və suverenliyimizi, üçrəngli Dövlət Bayrağımız isə müstəqilliyimizi və milli qürurumuzu simvolizə edir.

 

Layihənin əsas mənəvi qayələrindən biri tarixi Zəfəri bizə bəxş edən qəhrəmanlarımızın, xüsusilə də “Vətəni qoruyanları qoruyanların” — döyüş meydanında yaralı hərbçilərimizin həyatını xilas etmək üçün fədakarlıq göstərən hərbi həkim və feldşerlərin şücaətini yaşatmaqdır.

 

Qeyd edək ki, tələbələrin nəzəri biliklərini praktik yaradıcılığa çevirən bu əl işi Zəfər Günü münasibətilə keçirilən universitetdaxili yaradıcılıq müsabiqəsində “Ən yaxşı əl işi” nominasiyası üzrə qalib seçilib.

Layihə müəllifləri arasında Həmid Səfərli, Aydan Paşayeva, Royal Kazımov, Şayan Haşempour, Mehriban Vəliyeva, Reyhan Nəsibli, Leyla Səfərli, Torkan Haşempour və Sərxan Əhmədov yer alır.

ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib