Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
21.11.2026 15:39

Yeni elmi araşdırma göstərib ki, yüksək dozada Omeqa-3 yağ turşularının qəbulu yaşlı insanlarda yaddaşın yaxşılaşmasına və beyində yaşlanma prosesinin ləngiməsinə əhəmiyyətli təsir göstərməyib.

 

"eBioMedicine" jurnalında dərc olunan tədqiqatda Alzheimer xəstəliyi riski yüksək olan 200-ə yaxın yaşlı insan iştirak edib. İştirakçıların orta yaşı 66 olub və onların heç birində demensiya diaqnozu müəyyən edilməyib.

 

Cənubi Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, balıq yağı qəbul edən şəxslərin onurğa-beyin mayesində Omeqa-3-ün DHA adlı yağ turşusunun səviyyəsi altı ay ərzində 17 faiz artıb.

 

Lakin ikiillik müşahidələr zamanı bu artım yaddaş testlərinin nəticələrində nəzərəçarpacaq yaxşılaşmaya səbəb olmayıb. Yaddaş üçün mühüm əhəmiyyət daşıyan hipokampın həcminin azalması da ləngiməyib.

 

Tədqiqat iştirakçılarının təxminən yarısında Alzheimer riskini artıran APOE gen variantı mövcud olub. Digər risk amilləri arasında yüksək qan təzyiqi, piylənmə və fiziki aktivliyin azlığı yer alıb.

 

Alimlərin qənaətinə görə, beyin sağlamlığı üçün yalnız Omeqa-3-ün miqdarı deyil, onun beyində necə mənimsənilməsi və emal olunması da mühüm rol oynayır.

 

Tədqiqatın nəticələri Omeqa-3 əlavələrinin bütün insanlar üçün faydasız olduğunu və ya demensiyanın qarşısının alınmasında heç bir rol oynamadığını sübut etmir. Araşdırma konkret risk qrupunda ikiillik qəbulun ölçülə bilən fayda göstərmədiyini ortaya qoyub.

 

"Xalq qəzeti"

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb