Yeni mühazirə dərsliyi nəşr olunub
01.10.2026 16:12

Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi biologiya və genetika kafedrasında tələbələrin elmi-nəzəri hazırlığının gücləndirilməsi istiqamətində növbəti təşəbbüs həyata keçirilib. Kafedranın professoru, biologiya elmləri doktoru Yeganə Şəkərəliyevanın müəllifi olduğu yeni mühazirə dərsliyi nəşr olunaraq tələbələrə hədiyyə edilib. 

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, müasir tibbi biliklər və tədris proqramının tələbləri nəzərə alınmaqla hazırlanan nəşrdə fənn üzrə əsas mühazirə mövzuları sistemli şəkildə təqdim olunub. Dərslik tələbələrin nəzəri biliklərini möhkəmləndirmələri, mövzuları daha dərindən mənimsəmələri və tədris prosesində əldə etdikləri biliklərdən səmərəli istifadə etmələri üçün zəruri materialları özündə birləşdirir. 

 

Azərbaycan, ingilis və rus dillərində hazırlanan mühazirə dərsliyi ATU-nun bütün fakültələrində təhsil alan tələbələrin istifadəsi üçün nəzərdə tutulub. Nəşrin üç dildə təqdim olunması tələbələrin müasir tədris resurslarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.

 

Dərsliyin 15 nüsxəsi ATU-nun kitabxanasına da təhvil verilib. Bununla nəşrin daha geniş tələbə və müəllim auditoriyasının istifadəsinə verilməsi, eyni zamanda universitet kitabxanasının fondunun zənginləşdirilməsi təmin olunub. 

 

Qeyd edək ki, ATU-da tələbələrin müasir tədris resursları ilə təmin olunması istiqamətində bu, ilk təşəbbüs deyil. Kafedra tərəfindən əvvəlki illərdə də üç dildə tədris vəsaitləri hazırlanaraq tələbələrin istifadəsinə təqdim edilib. 

 

Belə ki, “Tibbi biologiya və genetika fənnindən praktiki məşğələlər” adlı dərs vəsaiti Azərbaycan, ingilis və rus dillərində hazırlanaraq 2024-cü ildə tələbələrə təqdim olunub. Eyni zamanda həmin vəsaitin 30 nüsxəsi üç dildə universitet kitabxanasına təhvil verilib. 

 

Yeni mühazirə dərsliyinin tələbələrə hədiyyə edilməsi kafedranın bu istiqamətdə formalaşdırdığı ənənənin davamı olmaqla yanaşı, tələbələrin elmi və tədris resursları ilə təmin olunmasına növbəti töhfədir. 

 

ATU-nun bu qəbildən olan təşəbbüsləri tələbələrin nəzəri hazırlığının möhkəmləndirilməsi, tədris-metodik bazanın zənginləşdirilməsi və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə