Kimya İnstitutunun alimlərinin plastik çirklənməsinin azaldılmasına dair icmal məqaləsi dərc olunub  
18.11.2026 10:33

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının əməkdaşları Çiçək Seyidova, Həcər Aslanova, Nigar Şixverdiyeva, Nərgiz Rəhimli, Cəmilə Quliyeva, Könül Həsənova, Samirə Məmmədova, Nizami Zeynalov və Dilqəm Tağıyevin Almaniyanın Zigen Universitetinin əməkdaşı Fəridə Əmiraslanova ilə birgə hazırladıqları icmal məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, “Yaşıl kimya və bioloji parçalanan polimerlər: ekoloji perspektivlər” (“Green Chemistry and Biodegradable Polymers: An Environmental Perspective”) adlı məqalə “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarında indekslənən “International Journal of Environmental Science and Technology” jurnalında yayımlanıb. Jurnalın impakt faktoru 3.4, kvartili isə Q2-dir.

 

İcmal məqaləsində plastik istehsalının və istehlakının ətraf mühitə təsiri, yaşıl kimya prinsiplərinin polimer kimyasında tətbiqi və bioloji parçalanan polimerlərin davamlı materiallar kimi inkişaf perspektivləri təhlil olunub.

 

Məqalədə bioloji parçalanan polimerlərin əsas sinifləri, sintez üsulları, fiziki-kimyəvi xüsusiyyətləri və parçalanma mexanizmləri nəzərdən keçirilib. Həmçinin onların müxtəlif sənaye sahələrində tətbiq imkanları, istehsalı və praktiki istifadəsi ilə bağlı elmi, iqtisadi və normativ çətinliklər araşdırılıb.

 

İcmalda yaşıl kimyanın 12 əsas prinsipinin polimer materialların layihələndirilməsi və istehsalında tətbiqinə, təhlükəli maddələrin istifadəsinin azaldılmasına, ekoloji cəhətdən daha təhlükəsiz alternativlərin hazırlanmasına və materialların istifadə müddəti boyunca ətraf mühitə təsirinin minimuma endirilməsinə xüsusi diqqət yetirilib.

 

Əldə olunan elmi ümumiləşdirmələr bioloji parçalanan polimerlərin inkişaf perspektivlərinin qiymətləndirilməsi, polimer materialların istehsalında yaşıl kimya prinsiplərinin tətbiqi və plastik çirklənməsinin azaldılması istiqamətində gələcək tədqiqatlar üçün əhəmiyyət daşıyır.  

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub