Fransada COVID-19 virusunun yayılması son günlərdə yenidən artıb
23.11.2026 11:43

Fransada COVID-19 virusunun yayılması son günlərdə yenidən artıb. Bununla belə, səhiyyə orqanları virusun xəstəxanalara və tibbi xidmətlərə təsirinin hələlik məhdud olduğunu bildirirlər.

 

Aztibb.az-ın www.connexionfrance.com-a istinadla məlumatına  görə, virusun çirkab sularda yayılma göstəricisi yay aylarından etibarən yüksəlməkdədir və hazırda çox yüksək səviyyəyə çatıb. Son ay ərzində təxminən 40 faiz artım qeydə alınıb.

 

Səhiyyə orqanları şəhər tibb müəssisələrində və xəstəxanalarda, xüsusilə böyüklər arasında yoluxma göstəricilərinin nəzərəçarpacaq dərəcədə artdığını qeyd edirlər. Bununla belə, COVID-19 şübhəsi ilə tibbi xidmətə müraciətlər və virusla əlaqəli ölüm halları hələ də aşağı səviyyədədir.

 

Paris Saint-Louis xəstəxanasının infeksion xəstəliklər üzrə mütəxəssisi Ann-Klod Kremyö bu vəziyyəti əhalidə infeksiyalar və vaksinasiya nəticəsində formalaşmış immunitetin yüksək olması, eləcə də 2022-ci ildən yayılan Omikron variantının xüsusiyyətləri ilə izah edir. Onun sözlərinə görə, bu variant əsasən yuxarı tənəffüs yollarını zədələyir, soyuqdəymə və angina kimi daha yüngül simptomlarla müşahidə olunur.

Bununla belə, mütəxəssis COVID-19-un hələ də ağır xəstəliklərə səbəb ola biləcəyini, xüsusilə yaşlı insanlar üçün təhlükə yaratdığını vurğulayır. Hospitalizasiya və ölüm hallarının əksəriyyətinin 70 yaşdan yuxarı şəxslərdə qeydə alındığını bildirən Kremyö, 65 yaşdan yuxarı insanları qorunmağa və vaksinasiya olunmağa davam etməyə çağırıb.

ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri