Almaniyada fəaliyyət göstərən tanınmış cərrah Pərvin Məhərrəmov Berlindəki DRK Klinikasının rəhbəri təyin olunub.
Qubadlı rayonunda anadan olan P.Məhərrəmov 2007-ci ildən Almaniyada yaşayır və fəaliyyət göstərir. Cərrahlıq karyerasına Berlindəki məşhur “Charité” klinikasında başlayıb. Daha sonra Berlindəki DRK Vestend Klinikasında çalışaraq peşəkar cərrah kimi yetişib. O, Aleksianer klinikasında və son olaraq Bayroyt Universitet Klinikasında şöbə müdiri və əsas operator kimi fəaliyyət göstərib.
P.Məhərrəmov Berlində tanınmış cərrahlar - professorlar Tomas Ştaynmüller, Ernst Kraas, Peter Neuhaus və Volker Langenin yetirməsidir. Son aylarda DRK Berlin-Mitte klinikasının Cərrahiyyə şöbəsinin rəhbəri və həmin klinika filialının rəhbəri vəzifəsində çalışır.
Həmyerlimiz 20 ildən artıq peşə təcrübəsinə və 3 mindən çox əməliyyat təcrübəsinə malikdir. Onun əsas fəaliyyət sahələrinə onkoloji cərrahiyyə - mədə, bağırsaq, qida borusu, qaraciyər və mədəaltı vəzi cərrahiyyəsi, piylənmə və metabolik cərrahiyyə, endokrin cərrahiyyə və ümumi cərrahiyyə daxildir. O, xüsusilə minimal invaziv, laparoskopik və robotik cərrahiyyə sahələrində geniş expertisaya sahibdir. Minimal invaziv bariatrik və onkoloji cərrahiyyə üzrə Almaniyada sertifikatlashmış mütəxəssis olan P.Məhərrəmov zəngin təcrübəsi sayəsində cərrahiyyənin müxtəlif sahələrində xəstələrə peşəkar tibbi xidmətgöstərir.
AZƏRTAC

