Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkimi yaş həddinin tamam olması ilə əlaqədar təqaüdə yola salınıb
11.11.2026 12:22

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında uzun illər həkim-pediatr vəzifəsində çalışan Elman Paşayev yaş həddinin tamam olması ilə əlaqədar olaraq təqaüdə yola salınıb.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi, həkimlər və böyük tibb bacıları iştirak ediblər.

 

Tədbirdə Elman Paşayevin uzun illər ərzində səhiyyə sahəsində göstərdiyi xidmətlər, yüksək peşəkarlığı, həkimlik fəaliyyəti və kollektiv arasında qazandığı hörmət və nüfuz xüsusi vurğulanıb. Qeyd olunub ki, onun uzunmüddətli fəaliyyəti, bilik və təcrübəsi, eləcə də uşaqların sağlamlığının qorunması istiqamətində göstərdiyi fədakarlıq daim ehtiramla xatırlanacaq.

 

Sonda Elman Paşayevə uzun illər ərzində göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək həyatında xoş günlər arzulayıblar.

ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub