Respublika Neyrocərrahiyyə Xəstəxanasında “İnfeksiyaların profilaktikası və infeksion nəzarət” mövzusunda təlim keçirilib.
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, təlim Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Polina Əliyeva tərəfindən təşkil olunub.
Təlim çərçivəsində infeksiyaların yayılma yolları, onların qarşısının alınması, gigiyena qaydalarına riayət olunması, tibbi personalın infeksion təhlükəsizliyinin təmin edilməsi və infeksion nəzarət tədbirlərinin düzgün tətbiqi barədə ətraflı məlumat verilib.
Tədbirin əsas məqsədi tibb işçilərinin infeksiyaların profilaktikası sahəsində bilik və bacarıqlarının artırılması, xəstəxanadaxili infeksiyaların qarşısının alınması, pasiyentlərin və tibb personalının təhlükəsizliyinin təmin edilməsi istiqamətində maarifləndirmənin gücləndirilməsidir.

