“Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda Göyçayda regional praktik təlim keçirilib
11.11.2026 10:21
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda Göyçay Rayon Mərkəzi Xəstəxanasında regional praktik təlim keçirilib.
Bu barədə Aztibb.az-a Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan məlumat verilib.
Bildirilib ki, təlimin məqsədi İlkin Səhiyyə Xidmətinin vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında rolunun təkmilləşdirilməsi olub.
Təlimdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Mehriban Seyfəddinova, İnstitutun həkim-ftiziatrı Aysel Aslanova, Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elman Şirinov, Səhiyyə Nazirliyi Milli Vərəm proqramı laboratoriyası işləri üzrə koordinatoru və İlkin Səhiyyə Xidmətinin həkimləri iştirak ediblər.
Təlimdə nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Milli İstinad Laboratoriyasının şöbə müdiri Mehriban Seyfəddinova, Poliklinika şöbəsinin həkim-ftiziatrı Aysel Aslanova vərəmin müalicəsi və diaqnostikası üzrə müasir klinik protokollarla bağlı geniş təqdimatla və vərəmin aşkarlanmasında İSX həkimlərinin rolu barəsində ətraflı məlumatla çıxış edib.
İnteraktiv formada davam edən tədbir çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr aparılıb və suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında traktor minaya düşüb, bir nəfər xəsarət alıb
11.11.2026 | 14:37
Konqoda “Ebola” virusundan ölənlərin sayı 5 mini ötüb
11.11.2026 | 14:13
Fizioterapevt-reabilitoloq Səidə Kərimova ATV-yə artıq çəkinin yaratdığı problemlərdən danışıb
11.11.2026 | 12:48
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkimi yaş həddinin tamam olması ilə əlaqədar təqaüdə yola salınıb
11.11.2026 | 12:22
Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim: “İnfeksiyaların profilaktikası və infeksion nəzarət”
11.11.2026 | 12:16
Azərbaycanlı tanınmış cərrah Berlində DRK Klinikasının rəhbəri təyin olunub
11.11.2026 | 11:39
“Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda Göyçayda regional praktik təlim keçirilib
11.11.2026 | 10:21
Əməkdar artist Suğra Bağırzadə göz sağlamlığının qorunması və müayinəsi üçün Xətai Tibb Mərkəzinə müraciət edib
11.11.2026 | 09:47
Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib
09.11.2026 | 15:25
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
09.11.2026 | 10:42
ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
02.11.2026 | 13:49
ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub
03.11.2026 | 15:21
AQTİ video-redaktor vəzifəsinə işçi axtarır
02.11.2026 | 15:07
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
03.11.2026 | 12:32
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
03.11.2026 | 15:37
Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
02.11.2026 | 11:52
Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub
03.11.2026 | 16:41
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
03.11.2026 | 15:32
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
04.11.2026 | 14:17
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
04.11.2026 | 16:54
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
04.11.2026 | 15:42
Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib
03.11.2026 | 11:37
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
02.11.2026 | 11:15
Ağciyər xərçənginin diaqnostikasında yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq
02.11.2026 | 11:41
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub
05.11.2026 | 11:09

