Serbiyada Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı (EPPO) tərəfindən “Zərərli orqanizmlərin prioritetləşdirilməsi və risk analizinin əsas elementləri” mövzusunda beynəlxalq təlim keçirilib.
24-dən çox ölkənin milli bitki mühafizəsi qurumlarının təmsil olunduğu tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığında risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri Vəfa Rüstəmova da iştirak edib.
AQTA-dan Aztibb.az-a verilən xəbərə görə, təlim çərçivəsində zərərli orqanizmlərin coğrafi arealı və yayılma potensialının qiymətləndirilməsi, eləcə də mümkün iqtisadi və ekoloji təsirlərin təhlili məsələləri müzakirə olunub. Bununla yanaşı, EPPO-nun risk analizi metodologiyaları əsasında praktiki məşğələlər təşkil edilib.

