Pəhriz və fiziki məşqlər gənclərdə 2-ci tip diabetin remissiyasına kömək edib - Tədqiqat  
09.11.2026 10:38

Aşağı kalorili qidalanma və fiziki məşqlər proqramı 24 həftə ərzində gənc iştirakçıların 54 %-də 2-ci tip diabetin remissiyasına nail olmağa imkan verib. Standart müalicə alan nəzarət qrupunda isə bu göstərici təxminən 4 % təşkil edib.

 

Aztibb.az www.sciencedaily.com-a istinadla xəbər verir ki, Böyük Britaniya və Kanadada aparılan təsadüfi seçmə üsullu tədqiqatda 18-45 yaş arası, 2-ci tip diabet və piylənmədən əziyyət çəkən, insulin qəbul etməyən 96 nəfər iştirak edib. İştirakçıların orta yaşı 38 olub.

 

Onlardan 50-si intensiv proqramına cəlb edilib, qalan 46 nəfər isə standart müalicəni davam etdirib.

 

İntensiv proqramın ilk 12 həftəsində iştirakçılar gündəlik 800-900 kilokalorilik qidalanma rejiminə əməl edib, aerob və güc məşqləri ilə məşğul olublar. Həftədə iki məşq mütəxəssislərin nəzarəti altında, biri isə müstəqil şəkildə həyata keçirilib. Növbəti 12 həftə ərzində isə əldə olunan çəkinin qorunması və fiziki aktivliyin davam etdirilməsi nəzərdə tutulub.

 

Tədqiqatda remissiya qanda qlikohemoqlobinin (HbA1c) səviyyəsinin ən azı 12 həftə ərzində şəkərsalıcı dərmanlardan istifadə edilmədən 6,5 %-dən aşağı olması kimi müəyyən edilib.

 

Müşahidələrin sonunda intensiv proqramda iştirak edən 50 nəfərdən 27-si, standart müalicə alan 46 nəfərdən isə yalnız ikisi remissiyaya nail olub. Yekun nəticələri məlum olmayan iştirakçılar remissiyaya nail olmayanlar sırasına daxil edilib.

 

Bundan başqa, intensiv proqram iştirakçıları daha çox çəki itiriblər. Son çəkisi ölçülən şəxslər arasında orta çəki itkisi 8,4 kiloqram, müqayisə qrupunda isə 1,2 kiloqram təşkil edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb
Türkiyənin yerli istehsalı olan süni ürək-ağciyər aparatı tətbiq edildi - 57 xəstədə uğurlu nəticə