173 dərəcəyədək temperatura davam gətirən plastik hazırlanıb    
10.11.2026 16:25

Alimlər yüksək temperatura daha davamlı yeni plastik material hazırlayıblar. Yeni materialın istiliyə davamlılığı ənənəvi plastiklərlə müqayisədə 16 faiz artırılaraq 173 dərəcəyə çatdırılıb.

 

Aztibb.az-ın xarici mətbuata istinadla xəbərinə görə, tədqiqatçılar polivinilxloridin (PVC) qızdırılarkən necə parçalandığını öyrənmək üçün riyazi model hazırlayıblar. Məlum olub ki, adi plastik yüksək temperaturda tərkibindəki plastifikatoru itirir, ətraf mühitə mikrozərrəciklər buraxır və kövrəkləşir.

 

Problemi həll etmək üçün alimlər plastikin tərkibindəki plastifikatorun formulunu dəyişiblər. Ən yaxşı nəticə ənənəvi dioktilftalat və difenoksietiladipinatın 5:3 nisbətində qarışdırılması ilə əldə olunub.

 

Alimlərin fikrincə, yeni materialdan tibbi avadanlıqların, qablaşdırma məhsullarının, oyuncaqların və digər məişət əşyalarının hazırlanmasında istifadə etmək mümkündür. Yenilik məhsulların davamlılığını və istiyə qarşı müqavimətini artırmağa imkan verə bilər.

ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Türkiyənin yerli istehsalı olan süni ürək-ağciyər aparatı tətbiq edildi - 57 xəstədə uğurlu nəticə
Autizmli qadınlarda menopauza əlamətləri narahatlıq və depressiv əlamətlərlə daha qabarıq müşahidə edilir - Araşdırma
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Plastik çay paketləri bir fincana minlərlə mikroplastik hissəcik buraxa bilər - 28 marka araşdırıldı
                Alimlər gənclərdə bağırsaq xərçənginin fərqli xüsusiyyətlərini aşkar ediblər - Xərçəngdən ölümün əsas səbəbi             
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub