44 gün, 44 tələbə, bir Zəfər ruhu – ATU-dan Zəfər Günü ərəfəsində simvolik təşəbbüs
09.11.2026 17:21

8 Noyabr - Zəfər Günü ərəfəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü və dəstəyi ilə universitetin 44 tələbəsi Vətən müharibəsinə həsr olunmuş “44” bədii filmini izləyib. 

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Tədbirin ən diqqətçəkən və rəmzi məqamı film nümayişində iştirak edən tələbələrin sayının təsadüfi seçilməməsi olub. Belə ki, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsinə mənəvi ehtiramın ifadəsi olaraq məhz 44 ATU tələbəsi bu nümayişə qatılıb. 

 

ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə reallaşan bu simvolik addım 44 günlük mübarizənin qəhrəmanlıq salnaməsi ilə gənc nəslin milli yaddaşı arasında mənəvi bağ yaradıb. 44 gün davam edən tarixi müharibənin 44 tələbənin iştirakı ilə anılması tədbirə xüsusi məna və emosional çalar qatıb. 

 

Xalqımızın qəhrəmanlığına, Vətən uğrunda mübarizə aparan igidlərimizin şücaətinə həsr olunan “44” bədii filmi tələbələr üçün yalnız bədii ekran əsəri deyil, həm də tariximizin şanlı səhifələrini bir daha xatırlamaq, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək və Zəfərin hansı fədakarlıqlar hesabına qazanıldığını bir daha dərindən dərk etmək imkanı olub. 

 

Zəfər Günü ərəfəsində keçirilən nümayişin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə töhfə vermək, milli-mənəvi dəyərlərə bağlılığı gücləndirmək və tarixi yaddaşın qorunub saxlanılmasına diqqət çəkməkdir. 

 

ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin bu təşəbbüsü bir daha göstərir ki, Vətən müharibəsinin qəhrəmanlıq dərsləri gənc nəslin yaddaşında yaşamalı, Zəfər ruhu gələcək nəsillərə ötürülməlidir. 

 

Qeyd edək ki, tammetrajlı bədii müharibə dramı olan “44” bədii Azərbaycan tarixində ən böyük kinematoqrafik layihələrdəndir. İkinci Qarabağ müharibəsinə həsr olunmuş filmin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb. Rejissorları İsmayıl Səfərəli, Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov və İsmayıl İman olan film Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Bakı Media Mərkəzinin dəstəyi ilə ekranlaşdırılıb. 

 
 
 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Türkiyənin yerli istehsalı olan süni ürək-ağciyər aparatı tətbiq edildi - 57 xəstədə uğurlu nəticə
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb
Autizmli qadınlarda menopauza əlamətləri narahatlıq və depressiv əlamətlərlə daha qabarıq müşahidə edilir - Araşdırma
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib