Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
31.10.2026 12:24
Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən rayonun Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub.
 
Bu barədə Aztibb.az-a Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
 
Bildirilib ki, müayinələrdə terapevt, pediatr, ginekoloq və endokrinoloq həkimlər iştirak ediblər. Səyyar tibbi müayinə zamanı sakinlərin sağlamlıq vəziyyəti qiymətləndirilib, müraciətləri dinlənilib və müvafiq tibbi xidmətlər göstərilib.
 
Müayinə çərçivəsində ümumilikdə 25 nəfər sakinə 108 adda tibbi xidmət göstərilib. Ehtiyac olan şəxslər yerində tibbi xidmət göstərilib, onlara müvafiq tibbi tövsiyələr verilib.
 
Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə bu istiqamətdə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
“Həkimlərimizi tanıyaq!
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib