Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib
30.10.2026 16:00

TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.

 

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı ilə rayonun Gödəkli kəndində sakinlərin tibbi müayinəsi həyata keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tibb müəssisəsinin müxtəlif ixtisaslı həkimləri (həkim-pediatr, həkim-terapevt, həkim-kardioloq, laborant və s.) tərəfindən icbari tibbi sığorta çərçivəsində 50-dən çox kənd sakininə (uşaqlar və böyüklər olmaqla) 80-ə yaxın tibbi xidmət göstərilib.

 

Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyac yarandığı təqdirdə sakinlərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.

 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib