Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
31.10.2026 16:27

Ağcabədi rayonunda arı sancması nəticəsində 1984-cü il təvəllüdlü kişi ağır vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Yaxınlarının Aztibb.az-a verdiyi məlumata əsasən, pasiyenti boğaz nahiyəsindən arı sancıb. Nəticədə arı zəhərinə qarşı yaranan ağır allergik reaksiya səbəbindən onda IV dərəcəli anafilaktik şok inkişaf edib.

 

Pasiyentə Təcili tibbi yardım şöbəsində zəruri təxirəsalınmaz tibbi yardım göstərilib və aparılan müalicə tədbirləri nəticəsində vəziyyəti stabilləşdirilib. Daha sonra müvafiq tibbi nəzarət və müalicənin davam etdirilməsi məqsədilə Reanimasiya şöbəsinə köçürülüb.

 

Vəziyyəti yaxşılaşan pasiyent növbəti gün ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib