Ölkəmizdə peyvəndləmə Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir
01.11.2026 12:27
Ölkəmizdə peyvəndləmə Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir.
 
Aztibb.az-ın xəbərinə görə, peyvəndləri zəncirvari tətbiq etməkdə məqsəd odur ki, müəyyən dövrlərdə vaksinasiyadan kənarda qalan uşaqlar revaksinasiyalar nəticəsində immunitet qazansın və yoluxucu xəstəliklərə yoluxmasın.
 
Uşaqların pediatr və müvafiq ixtisaslı həkimin yoxlanışından sonra peyvənd olunması vacibdir. Bir sıra hallarda uşağın sağlamlıq vəziyyətində hər hansı problem aşkar olunduğu halda onun peyvənd vurulması müvəqqəti olaraq ertələnir. Bu zaman xəstə uşaqlara sağaldıqdan sonra peyvənd vurulur.
 
Uşağın peyvəndlərinin əksəriyyəti 6 yaşa qədər tamamlanmış olur. Belə ki, bir çox peyvənd bir neçə dəfə, müxtəlif yaşlarda və kombinasiyalarda verilir. Peyvəndlər arasındakı interval ən azı bir ay olmalıdır. Peyvənd olunduqdan sonra individual hallarda körpədə inyeksiya yerində şişlik, ağrı və qızdırma kimi yanaşı təsirlərə rast gəlmək olar. Uşaqlarda hər hansı bir əks-reaksiya baş versə də, bilmək lazımdır ki, peyvəndlərin faydaları mümkün yan təsirlərdən qat-qat üstündür.
 
Onu da qeyd etmək lazımdır ki, ölkəmizə gətirilən bütün vaksinlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində (AEM) müayinədən keçirilir və təhlükəsizliyinə zəmanət verilir.
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Unudulduğu düşünülən qızılca yenidən yayılma təhlükəsi yaradır
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Donor orqanların bioloji yaşı dəyişə bilər – Harvard tədqiqatı