Hamiləlik dövründə sidik yolları infeksiyaları: Nəyə diqqət etməli?
01.11.2026 14:19
Hamiləlik zamanı hormonal dəyişikliklər və böyüyən uşaqlığın sidik kisəsinə təzyiqi sidik yolları infeksiyası riskini artırır. Bu infeksiya bəzən heç bir əlamət vermədən də keçə bilər. Ona görə də müntəzəm sidik analizi çox vacibdir.
 
Aztibb.az xəbər verir ki, diqqət edilməli əlamətlər aşağıdakılardır:
Tez-tez və ağrılı sidik ifrazı
Sidik ifrazı zamanı göynəmə
Qarnın aşağı hissəsində ağrı və ya narahatlıq
Bulanıq və ya xoşagəlməz qoxulu sidik
Sidikdə qan.
 
Yüksək hərarət, üşütmə, bel və ya böyür nahiyəsində ağrı olarsa, təxirə salmadan həkimə müraciət edin. Bu əlamətlər infeksiyanın böyrəklərə keçdiyini göstərə bilər.
 
Müalicə olunmayan infeksiya vaxtından əvvəl doğuş və aşağı çəkili körpə kimi ağırlaşmalara səbəb ola bilər.
Qorunmaq üçün:
Kifayət qədər su için
Sidiyi uzun müddət saxlamayın
Gigiyena qaydalarına əməl edin
Pambıq alt paltarlarına üstünlük verin
Həkiminizin təyin etdiyi analizləri vaxtında verin.
 
Hamiləlikdə özbaşına dərman qəbul etmək təhlükəlidir! Müalicəni yalnız həkim təyin etməlidir.
 
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Unudulduğu düşünülən qızılca yenidən yayılma təhlükəsi yaradır
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Donor orqanların bioloji yaşı dəyişə bilər – Harvard tədqiqatı