Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
25.10.2026 09:42

Fizioterapiya və reabilitasiya müasir tibbin insanın hərəkət imkanlarının bərpasına, funksional məhdudiyyətlərin aradan qaldırılmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş mühüm sahələrindəndir.

 

Aztibb.az xəbər verir ki, fizioterapevt-reabilitoloq Elnur Xıdırzadə bu istiqamətdə klinik təcrübəsi, pedaqoji fəaliyyəti və beynəlxalq təlim proqramlarında qazandığı biliklərlə seçilir.

Elnur Xıdırzadə 2011–2017-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb, 2017–2021-ci illərdə isə fizioterapiya və tibbi bərpa ixtisası üzrə rezidentura keçib.

Həkim 2021–2024-cü illərdə Yeni Klinikada fizioterapevt kimi çalışıb, 2021–2025-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fizioterapiya ixtisası üzrə müəllimlik fəaliyyəti göstərib. 2022–2023-cü illərdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasında həkim-fizioterapevt kimi fəaliyyət göstərib, 2025-ci ildə Respublika Diaqnostika Mərkəzində çalışıb. 2026-cı ildən Funda Hospitalda fizioterapevt-reabilitoloq kimi fəaliyyətini davam etdirir.

Peşəkar inkişafına xüsusi önəm verən mütəxəssis Çin və Türkiyədə fizioterapiya, reabilitasiya, akupunktur və moksibustiya üzrə təlimlərdə iştirak edib. O, həmçinin onurğa və çiyin reabilitasiyası üzrə ComplexCore+ proqramını keçib, skoliozun üçölçülü müalicəsində tətbiq olunan Schroth metodu üzrə beynəlxalq sertifikat əldə edib və Mulligan manual terapiya konsepsiyası üzrə ixtisaslaşma təlimi keçib. 2024-cü ildə WFNR–EFNR Beynəlxalq Nevrologiya və Neyroreabilitasiya Yay Məktəbində də iştirak edib.

Elnur Xıdırzadənin elmi fəaliyyəti də onun peşəkar istiqamətlərindən biridir. N. V. Əliyeva ilə həmmüəllifi olduğu “Onurğanın boyun nahiyəsinin fəqərəarası disk yırtıqlarının müalicəsinə fizioterapevtik yanaşma” adlı məqaləsi 2019-cu ildə “Azərbaycan Tibb Jurnalı”nın xüsusi buraxılışında dərc olunub. Onun elmi maraqları sırasında diz qapağının xondromalaziyası, uşaq serebral iflici və boyun fəqərəarası disk yırtıqlarının müalicəsi kimi mövzular da yer alır.

Əlaqə və qeydiyyat:

+994 55 549 93 63

*0777 / 012 567 55 82

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib