Unudulduğu düşünülən qızılca yenidən yayılma təhlükəsi yaradır
23.10.2026 08:24

Mütəxəssislər dünyanın əksər bölgəsində peyvəndlənmə səviyyəsinin azalmasının qızılca kimi peyvəndlə qarşısı alına bilən xəstəliklərin yenidən yayılması riskini artırdığı barədə xəbərdarlıq edirlər.

Aztibb.az "Posta" nəşrinə istinadən yazır ki, professor Şevket Özkaya sözlərinə görə, peyvənddən imtina halları xüsusilə 2015-ci ildən etibarən kəskin artıb. 

Professor peyvəndlərlə bağlı tərəddüdlərin çoxaldığını, xüsusilə sosial şəbəkələrdə yayılan peyvənd əleyhinə təbliğatın bu tendensiyaya təsir göstərdiyini vurğulayıb və peyvəndlərin əhəmiyyətinin elmi məlumatlar əsasında qiymətləndirilməsinin vacibliyini bildirib.

Qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF-in birgə hesabatında Avropa və Mərkəzi Asiyada qızılca hallarının son 25 ilin ən yüksək səviyyəsinə çatması ilə bağlı məlumatlar da narahatlıq doğurur.

Şevket Özkaya uşaqlıq dövründə peyvəndlə qarşısı alına bilən bir çox xəstəliyin peyvəndlənmənin azalması fonunda yenidən yayılma riski daşıdığını bildirib. O, qızılca, parotit, məxmərək, qrip və suçiçəyinə qarşı peyvəndlərin əhəmiyyətini vurğulayaraq, uşaqların peyvəndlərinin vaxtında aparılmasının vacibliyini qeyd edib.

Mütəxəssis, həmçinin qızılcaya qarşı peyvəndlənmə səviyyəsinin 95 faizdən yüksək olduğunu bildirərək, profilaktik tədbirlərin davam etdirilməsinin vacibliyinə diqqət çəkib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır