ADHTİ-də beynəlxalq elmi seminar: “Süni intellekt dövründə səhiyyə mütəxəssislərinin təhsili” 
29.10.2026 14:23

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) “Süni intellekt dövründə səhiyyə mütəxəssislərinin təhsili” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

 

ADHTİ-dən Aztibb.az-a bildirilib ki, seminarı institutun rektoru, professor Nazim Pənahov açaraq iştirakçıları salamlayıb. O, çıxışında süni intellektin səhiyyə sahəsində tətbiqinin əhəmiyyətindən, mövzunun aktuallığından və tibbi müəssisələrdə bu texnologiyalardan istifadənin vacibliyindən söz açıb. Həmçinin xarici ölkələrdən seminara dəvət olunmuş məruzəçiləri iştirakçılara təqdim edib.

 

Seminarda alimlər, professorlar və tibb mütəxəssisləri iştirak ediblər.

 

Tədbirin əsas məruzəçisi tibb təhsili üzrə tanınmış alim, Ümumdünya Tibb Təhsili Federasiyasının (WFME) Qiymətləndiricilər Qrupunun üzvü, professor Hossam Hamdi olub. Seminarda, həmçinin Əli Bin Universitetinin nümayəndəsi dosent Səbrin Əli Əzim və McGraw Hill şirkətinin akademik məsləhətçisi Nuri Karaca çıxış ediblər.

 

Seminarın məqsədi süni intellekt dövründə səhiyyə mütəxəssislərinin təhsilinin inkişafı, tibbi təhsildə keyfiyyətin yüksəldilməsi, qiymətləndirmə və tədris metodlarının təkmilləşdirilməsi, eləcə də bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi olub.

 

Məruzələr zamanı süni intellektin səhiyyə və tibbi təhsil sahəsində yaratdığı imkanlar, müasir tədris yanaşmaları və təcrübənin tətbiqi məsələləri müzakirə olunub.

 

Qeyd edək ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, müasir tibbi yeniliklərin və təcrübənin öyrənilməsi istiqamətində mühüm işlər görür. Bu cür elmi seminarlar və təcrübə mübadiləsi platformaları həkimlərin davamlı peşəkar inkişafına, tibbi təhsilin təkmilləşdirilməsinə töhfə verir.

 

Tibb elmləri doktoru Yazgül Abdıyeva seminarla bağlı bildirib:

- Olduqca maraqlı və faydalı bir seminar oldu. Dəyərli həmkarlarla bir araya gəlmək, maraqlı məruzələri dinləmək və aktual mövzular ətrafında fikir mübadiləsi aparmaq çox xoş idi. Xüsusilə, süni intellektin səhiyyə və tibbi təhsil sahəsində yaratdığı imkanlar, eləcə də  təcrübənin öyrənilməsi gələcəyin mütəxəssislərinin hazırlanması baxımından çox faydalıdır.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər