Alimlər ürək qapaqlarının uzunömürlülüyünün mexanizmini açıqlayıblar
17.10.2026 11:24

Ürək qapaqları ildə on milyonlarla dəfə açılıb-bağlanmasına baxmayaraq, onilliklər ərzində möhkəmliyini qoruyur. Alimlər müəyyən ediblər ki, toxumanın düzgün istiqamətdə gərilməsi kollagen zülalını parçalayan fermentlərin təsirinə qarşı davamlılığı artıra bilər.

Aztibb.az "Medicalmedia" nəşrinə istinadən yazılr ki, ABŞ-ın Şimali Karolina Ştat Universitetinin tədqiqatçısı Şedou Xuanın rəhbərlik etdiyi araşdırmada donuz ürək qapaqlarının toxumaları laboratoriyada sınaqdan keçirilib. Nəticələr göstərib ki, kollagenin qorunmasında təkcə gərilmənin gücü deyil, onun hansı istiqamətlərdə paylanması da mühüm rol oynayır.

Toxuma fizioloji şəraitə uyğun şəkildə gərildikdə kollagen fermentlərin təsirinə daha davamlı olub. Gərilmənin istiqamətləri arasındakı nisbət dəyişdirildikdə isə kollagenin parçalanması müşahidə edilib.

Alimlər bunu gərilmənin kollagen molekullarının quruluşunu dəyişərək fermentlərin zülala çıxışını çətinləşdirməsi ilə izah edirlər. Lakin həddindən artıq və ya patoloji yüklənmə qoruyucu təsiri poza bilər.

Tədqiqatın nəticələri ürək qapaqlarının bəzi xəstəliklər zamanı niyə daha sürətlə zədələndiyini anlamağa, eləcə də daha davamlı süni ürək qapaqlarının hazırlanmasına kömək edə bilər. Bunun üçün yeni materiallarda yalnız qapağın formasını deyil, təbii toxumaya xas gərilmə xüsusiyyətlərini də təqlid etmək vacibdir.

Tədqiqat qrupu bildirib ki, nəticələr laboratoriya tədqiqatlarına əsaslanır. Bu mexanizmin insanlarda ürək qapaqlarının ömrünü nə dərəcədə uzada biləcəyini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
Sosial medianın görünməyən psixoloji təsirləri
       Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb             
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya  
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov