Parkinson xəstəliyinin qarşısının alınması üçün yeni yanaşma araşdırılır
09.10.2026 07:47

Alimlər Parkinson xəstəliyinin inkişafını ləngitmək üçün yeni yanaşma üzərində çalışırlar. Tədqiqatçılar patoloji alfa-sinuklein zülalının sinir hüceyrələrinə daxil olmasını məhdudlaşdırmağı və onun beyindən xaric edilməsini sürətləndirməyi hədəfləyirlər.

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, araşdırmaya görə, mGluR4 və NPDC1 zülalları alfa-sinuklein aqreqatlarının neyronlar tərəfindən qəbulunda iştirak edir. Siçanlar üzərində aparılan təcrübələrdə bu zülallardan birinin geninin söndürülməsi dopamin neyronlarının qorunmasına kömək edib. Tədqiqatçılar bunun gələcək terapiya üçün mümkün hədəf ola biləcəyini bildirirlər.

Layihənin digər istiqaməti patoloji alfa-sinukleinin beynin limfa sistemi vasitəsilə xaric edilməsinin sürətləndirilməsidir. Alimlər hesab edirlər ki, zülalın neyronlar tərəfindən mənimsənilməsinin məhdudlaşdırılması ilə onun beyindən xaric edilməsinin gücləndirilməsi birlikdə xəstəliyin yayılmasını ləngidə bilər. Lakin bu yanaşmalar hələ eksperimental mərhələdədir və insanlarda effektivliyi müəyyən edilməlidir.

Tədqiqatçılar həmçinin Parkinson xəstələrinin onurğa-beyin mayesindən istifadə etməklə xəstəliyin yeni eksperimental modelini hazırlayıblar. Bu model alfa-sinukleinin və immun sisteminin xəstəliyin inkişafındakı rolunu daha ətraflı araşdırmağa imkan verə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Gəncədə