Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər   
18.10.2026 14:28

İrlandiyanın Limerik Universitetinin yeni tədqiqatı iş yerlərində müşahidə olunan gender bərabərsizliyinin süni intellektlə qarşılıqlı əlaqələrdə də təkrarlana biləcəyini ortaya qoyub.

 

Aztibb.az www.irishtimes.com-a istinadla xəbər verir ki, Kemmy Biznes Məktəbinin nümayəndəsi Meri Hausfeldin həmmüəllifi olduğu araşdırma çərçivəsində 189 işçi virtual reallıq ofisində müxtəlif süni intellekt köməkçiləri ilə işlə bağlı tapşırıqları yerinə yetirib. İştirakçılar mətn əsaslı çatbot, masaüstü robot, eləcə də kişi və qadın görünüşündə təqdim olunan insanabənzər süni intellekt agentləri ilə qarşılıqlı əlaqə yaradıblar.

 

Araşdırmanın diqqətçəkən nəticələrindən biri eyni texnologiyadan istifadə edən süni intellekt agentlərinə fərqli münasibətin göstərilməsi olub. Belə ki, qadın görünüşündə təqdim edilən “Johanna” adlı süni intellekt agentinə eyni işi yerinə yetirməsinə baxmayaraq, kişi görünüşündə təqdim edilən “Johan”dan 10,25 faiz az pul mükafatı verilib.

 

Tədqiqatçılar bildiriblər ki, agentlərin əsas texnoloji imkanları eyni olsa da, onların təqdimat forması iştirakçıların etimadına, töhfələrinin qiymətləndirilməsinə və maddi mükafatlandırılmasına təsir edib.

 

 

Tədqiqat zamanı iştirakçıların söylədikləri ilə faktiki davranışları arasında da fərq müşahidə olunub. Belə ki, bir çox iştirakçı açıq şəkildə insanabənzər olmayan süni intellektlərə üstünlük verdiyini və köməkçinin cinsinin onlar üçün əhəmiyyət daşımadığını bildirib. Lakin onların sonrakı qiymətləndirmələri və mükafatlandırma qərarları dizayn xüsusiyyətlərinin davranışa təsir göstərə bildiyini ortaya qoyub.

 

Araşdırmada, həmçinin insanabənzər süni intellekt köməkçilərinə robotlarla müqayisədə daha çox etibar edildiyi və onların töhfələrinə görə daha çox təşəkkür edildiyi müəyyənləşdirilib.

 

Alimlərin fikrincə, süni intellektdən iş yerində əməkdaş və köməkçi rolunda daha geniş istifadə olunduqca, onun görünüşü və təqdimat forması yalnız estetik seçim kimi qiymətləndirilməməlidir. Bu xüsusiyyətlər insanların süni intellektə etimadına, onun fəaliyyətinin qiymətləndirilməsinə və hətta maddi baxımdan mükafatlandırılmasına təsir göstərə bilər.

 

Araşdırmanın nəticəsi Finlandiyanın Vaasa şəhərində keçiriləcək 14-cü Nordic İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi Konfransında təqdim olunacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər