Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib  
20.10.2026 12:33

Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının təşkilatçılığı və Rezidentura şöbəsinin dəstəyi ilə I–II kurs rezidentləri üçün “Laparoskopik bazis vərdişlər” adlı praktiki təlim proqramına start verilib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, təlimin açılışında çıxış edən I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov rezidentlərin peşəkar hazırlığında praktiki bacarıqların əhəmiyyətini vurğulayıb və bu istiqamətdə təlimlərin davamlı təşkil ediləcəyini bildirib.

 

Rezidentlər üzrə məsul şəxs, tibb elmləri doktoru Elman Əzimov gələcək cərrahların praktiki vərdişlərinin inkişafının rezidentura təhsilində mühüm yer tutduğunu qeyd edib və növbəti təlimlərin proqramı barədə məlumat verib.

 

"Karl Storz" şirkətinin nümayəndəsi Taleh Bəşirovun təlimçiliyi ilə baş tutan tədbirdə rezidentlər laparoskopik cərrahiyyənin əsas prinsipləri və ilkin praktiki bacarıqlarla tanış olublar. İştirakçılara müasir cərrahi yanaşmaların tətbiqi üçün vacib olan bazis vərdişlər öyrədilib. Təlim rezidentlər tərəfindən böyük maraqla qarşılanıb.

 

Bu təşəbbüs Azərbaycan Tibb Universitetində tibbi təhsilin keyfiyyətinin artırılması, nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsi və gələcək mütəxəssislərin müasir cərrahi texnologiyalara yiyələnməsi istiqamətində mühüm addımdır. Təlim, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşaraq keyfiyyətli və praktik yönümlü təhsilin inkişafına (DİM 4), sağlamlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə (DİM 3), eləcə də universitet və tibbi texnologiyalar sahəsinin nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinə (DİM 17) töhfə verir.

 

Bu istiqamətdə təlimlərin davamlı təşkili rezidentlərin peşəkar səriştələrinin inkişafına, müasir cərrahi yanaşmaların mənimsənilməsinə və gələcəkdə keyfiyyətli tibbi xidmətin göstərilməsinə xidmət edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev