Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşdı
13.10.2026 11:10
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində dövlət idarəetməsində rəqəmsal texnologiyaların tətbiqi və daxili iş proseslərinin optimallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

 

Bu istiqamətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən Nazirliyin İntranet portalında “Vətəndaş qəbulu” modulu hazırlanaraq istifadəyə verilib. Yeni rəqəmsal həll vətəndaş qəbullarının qeydiyyatını, müraciətlərin nəticələrinin izlənilməsini və təhlilini vahid elektron mühitdə birləşdirir.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, modul vasitəsilə hər bir qəbul üzrə vətəndaşın məlumatları, müraciətin məzmunu, aidiyyəti struktur bölmələr, məsul əməkdaş və qəbulun nəticəsi vahid elektron kartda qeydə alınır. Sistem vətəndaş məlumatlarının avtomatlaşdırılmış qaydada əldə edilməsinə, müraciətlərə aid sənədlərin elektron formada əlavə olunmasına və məlumatların təkrar daxil edilməsinin azaldılmasına imkan yaradır.

 

Yeni modulun mühüm üstünlüklərindən biri müraciətlərin nəticələrinin sistemli şəkildə izlənilməsi və təhlilidir. Elektron sistemdə müraciətlərin statusları üzrə uçot aparılır, müxtəlif meyarlar əsasında axtarış və filtrasiya imkanları təqdim olunur. Eyni zamanda rəhbərlik üçün gündəlik, həftəlik, aylıq və digər dövrlər üzrə analitik hesabatların hazırlanması təmin edilir.

 

Bu imkanlar vətəndaş müraciətlərinin əsas mövzularını, onların struktur bölmələr üzrə bölgüsünü və qəbulun nəticələrini operativ qiymətləndirməyə, mövcud problemləri müəyyənləşdirməyə və idarəetmə qərarlarının məlumatlar əsasında qəbuluna şərait yaradır.

 

“Vətəndaş qəbulu” modulunun istifadəyə verilməsi Səhiyyə Nazirliyində daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması, vətəndaşlarla işin səmərəliliyinin artırılması, nəzarət və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm hissəsidir. Modulun tətbiqi ilə vətəndaş qəbulları üzrə məlumatların vahid elektron mühitdə idarə olunması və məlumatlara əsaslanan idarəetmə imkanlarının genişləndirilməsi təmin edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Suraxanı Tibb Mərkəzində “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 BBSM-da sığorta sahəsində işin təşkili və məsul şəxslərin vəzifələri ilə bağlı təlim keçirilib