ABŞ-də cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat edib  
01.11.2026 16:13

Amerikalı cərrah Vipul Patel xərçəng xəstəliyindən əziyyət çəkən pasiyent üzərində prostat vəzinin çıxarılması üzrə əməliyyatı ilk dəfə olaraq məsafədən həyata keçirib. O, əməliyyat otağından təxminən 55 kilometr uzaqlıqda yerləşən xəstəxanadan robotlaşdırılmış sistemi idarə edib.

 

Aztibb.az-ın nypost.com-a istinadla məlumatına görə, əməliyyat ABŞ-nin Florida ştatında keçirilib. 66 yaşlı pasiyent Minneola şəhərindəki “AdventHealth” xəstəxanasında olub, Patel isə Orlandonun yaxınlığında yerləşən Selebreyşn şəhərindəki “AdventHealth Celebration” tibb mərkəzindən əməliyyatı idarə edib. Həkim robotlaşdırılmış telecərrahiyyə sisteminin köməyi ilə cərrahi alətləri məsafədən idarə edərək prostat vəzini uğurla çıxarıb.

 

Əməliyyat zamanı pasiyentin yanında başqa bir ixtisaslı cərrah da olub. Əməliyyatdan sonra kişinin vəziyyəti sabit qalıb.

 

Bu prosedur ABŞ-nin Qida və Dərman Administrasiyasının (FDA) təsdiqlədiyi klinik tədqiqat çərçivəsində həyata keçirilib. Tədqiqatın məqsədi məsafədən robotlaşdırılmış cərrahiyyənin təhlükəsizliyini, effektivliyini və texniki imkanlarını qiymətləndirməkdir.

 

Vipul Patelin sözlərinə görə, gələcəkdə bu texnologiya iri tibb mərkəzlərindən uzaqda yaşayan insanların ixtisaslaşmış tibbi yardıma çıxış imkanlarını genişləndirə bilər.

 

Tədqiqat çərçivəsində daha əvvəl də Orlando və Anqolanın paytaxtı Luandadakı xəstəxanalar arasında məsafədən robotlaşdırılmış əməliyyatlar aparılıb. Həmin tibb müəssisələri arasındakı məsafə 11 min kilometrdən çox olub.

 

Tədqiqatçılar texnologiyanın imkanlarını qiymətləndirməyə davam edirlər. Hazırda bu üsul klinik sınaq mərhələsindədir və onun daha geniş tətbiqinə başlanılması üçün məsafədən aparılan əməliyyatların təhlükəsizliyi və etibarlılığı təsdiqlənməlidir.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Unudulduğu düşünülən qızılca yenidən yayılma təhlükəsi yaradır
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
Donor orqanların bioloji yaşı dəyişə bilər – Harvard tədqiqatı