Sağlam yaşlanmaya həsr olunmuş maarifləndirici tədbir
12.10.2026 13:30
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Bakı Şəhər Herontoloji Mərkəzi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə ahıl şəxslər üçün maarifləndirici tədbir keçirilib.
İSİM-dən Aztibb.az-a verilən məlumata görə, tədbirdə “Üçüncü Bahar” İctimai Birliyinin və “Qadın İnkişaf Mərkəzi” İctimai Birliyinin üzvləri iştirak ediblər.
Tədbirin əsas məqsədi sağlam və aktiv yaşlanmanın təşviqi, yaşlı insanların həyat keyfiyyətinin yaxşılaşdırılması və uzunömürlülüyün dəstəklənməsi ilə bağlı məlumatlılığın artırılması olub.
İSİM-in direktoru Səbinə Babazadə giriş sözü ilə çıxış edərək, yaşlı insanların tibbi xidmətlərə əlçatanlığının təmin olunması, sağlamlıq göstəricilərinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülən işlərdən söz açıb. O, müəyyən yaşa dolmuş şəxslərin fiziki, psixoloji və sosial rifahının, eləcə də cəmiyyətdə fəal rolunun qorunmasının mühüm əhəmiyyət daşıdığını bildirib.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli düzgün qidalanmanın, aktiv həyat tərzinin hər yaşda sağlam və gümrah olmaq üçün əsas rol oynadığını vurğulayıb. O, İSİM-in təşəbbüsü ilə yaradılan və müxtəlif qurumların nümayəndələrinin təmsil olunduğu “Sağlam yaşlanma” Təşəbbüs Qrupunun fəaliyyəti barədə məlumat verib, cəmiyyətdə sağlam və aktiv yaşlanma mədəniyyətinin təşviqinə yönəlmiş tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
İSİM-in Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Sağlam yaşlanma – praktik tövsiyələr” mövzusunda təqdimatla çıxış edib. O, sağlam yaşlanmanın əsas prinsipləri, gündəlik həyatda sağlamlığın qorunması və yaşlılıq dövründə həyat keyfiyyətinin yüksəldilməsi ilə bağlı praktik tövsiyələri diqqətə çatdırıb.
Bakı Şəhər Herontoloji Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Nailə Əhmədova çıxışında bir daha vurğulayıb ki, qocalıq bir nemətdir. O, qocalıq anlayışı ilə bağlı cəmiyyətdə formalaşmış münasibətdən və yaşlılıq dövrünün xüsusiyyətlərindən söz açıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Səbinə Məhbubi-İran “Sağlam yaşlanma proqramına dair – Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda sağlam yaşlanma sahəsində beynəlxalq təcrübə, yaşlı insanların sağlamlığının və rifahının dəstəklənməsi istiqamətində həyata keçirilən yanaşmalar barədə məlumat verilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun “Bioherontologiya və inkişaf” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Natəvan Kərəmova “Uzunömürlülük və sağlamlıq göstəricilərinin qorunması yolları” mövzusunda təqdimatla çıxış edib. O, sağlam və uzun ömürə təsir edən amillər, həmçinin sağlam yaşlanmanın elmi əsasları barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Tədbir çərçivəsində iştirakçılar arasında qeyri-infeksion xəstəliklərin inkişafı üzrə risklərin qiymətləndirilməsinə dair sorğu keçirilib və viktorina təşkil olunub.
Bu bölməyə aid digər xəbərlər
Sağlam yaşlanmaya həsr olunmuş maarifləndirici tədbir
12.10.2026 | 13:30
Berlində Dünya Səhiyyə Sammiti keçirilib
12.10.2026 | 13:11
Radiologiyanın aktual istiqamətlərinə həsr olunmuş elmi-praktiki seminar keçirilib
11.10.2026 | 14:58
Dünya Ağciyər Sağlamlığı Gününə həsr olunmuş beynəlxalq konfrans
11.10.2026 | 10:36
Professor Gəray Gəraybəyli Beynəlxalq Təhsil Forumunda iştirak edib
08.10.2026 | 12:31
31 rezidentin hesabatı dinlənildi, klinik protokollara dair rəylər müzakirə olundu
07.10.2026 | 12:35
ATU alimləri Daşkənddə beynəlxalq kardiologiya tədbirlərində çıxış ediblər
06.10.2026 | 14:16
Pediatrik bioetikanın ölkəmizdə inkişaf yolu və müasir çağırışları təqdim edilib
05.10.2026 | 14:27
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Elmi Şuranın növbəti iclası
03.10.2026 | 17:42
İctimai səhiyyənin inkişafında milli pediatriya məktəbinin rolu vurğulanıb
02.10.2026 | 09:19
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
06.10.2026 | 13:49
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
04.10.2026 | 14:34
Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
03.10.2026 | 09:16
Oromandibulyar distoniya nədir?
03.10.2026 | 15:49
İSİM-in bir qrup işçisi təltif olunub
03.10.2026 | 10:23
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir
03.10.2026 | 17:27
Gəncədə "Tibb işçilərinin peşəkar davranış qaydaları" mövzusunda maarifləndirici təlimlər davam etdirilir
02.10.2026 | 16:54
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
05.10.2026 | 11:00
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
03.10.2026 | 13:16
Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
04.10.2026 | 10:18
Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib
07.10.2026 | 11:36
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
10.10.2026 | 13:06
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
08.10.2026 | 16:41
Bu gün Beynəlxalq Həkimlər Günüdür
05.10.2026 | 09:44

