Berlində Dünya Səhiyyə Sammiti keçirilib  
12.10.2026 13:11

Almaniyanın paytaxtı Berlində qlobal səhiyyə sahəsində mühüm beynəlxalq platformalardan biri hesab olunan Dünya Səhiyyə Sammiti keçirilib.

 

Aztibb.az xəbər verir ki, sammit bu il “Böhrandan dayanıqlılığa – səhiyyə üçün innovasiyalar” mövzusuna həsr olunub.

 

Tədbirdə siyasətçilər, alimlər, səhiyyə sahəsinin mütəxəssisləri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər. Sammitə 4 mindən çox şəxsin əyani, 45 mindən çox iştirakçının isə onlayn qoşulacağı gözlənilir. Proqram çərçivəsində 400-dən artıq məruzənin dinlənilməsi, 140-dan çox sessiyanın və müxtəlif paralel tədbirlərin keçirilməsi planlaşdırılır.

 

Sammit zamanı nüfuzlu elmi-tibbi nəşrlərdən olan “The Lancet” jurnalında dərc edilmiş beynəlxalq komissiyanın yeni hesabatı da diqqətə çatdırılıb. 204 ölkə və ərazidən əldə olunan məlumatlara əsaslanan araşdırmada 2025–2100-cü illər ərzində insan sağlamlığı və həyatı üçün ciddi risk yarada biləcək 17 əsas təhdid müəyyənləşdirilib. Həmin risklərə xəstəliklərlə yanaşı, sosial-iqtisadi çətinliklər, iqlim dəyişiklikləri, texnoloji təhlükələr və silahlı münaqişələr də daxildir.

 

Müzakirələr zamanı gələcək nəsillərin sağlamlığının qorunmasında bu gün verilən qərarların, səhiyyə sistemlərinə yönəldilən investisiyaların və ölkələr arasında əməkdaşlığın əhəmiyyəti ön plana çəkilib. Bildirilib ki, müasir dövrdə əsas hədəf yalnız yaranan böhranların nəticələrini aradan qaldırmaq deyil, mümkün təhlükələri əvvəlcədən müəyyənləşdirmək və səhiyyə sistemlərinin böhranlara qarşı davamlılığını artırmaqdır.

 

2009-cu ildən etibarən hər il oktyabr ayında təşkil edilən Dünya Səhiyyə Sammiti elmi araşdırmaların nəticələrini, innovativ yanaşmaları və siyasi qərarları bir araya gətirir. Platformanın əsas məqsədi qlobal səhiyyə problemlərinin həlli istiqamətində ortaq yanaşmaların formalaşdırılması, gələcək sağlamlıq böhranlarına hazırlığın gücləndirilməsi və bütün insanlar üçün əlçatan, dayanıqlı səhiyyə xidmətlərinin inkişafına töhfə verməkdir.

 

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Gəncədə 
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
Bu gün Beynəlxalq Həkimlər Günüdür