Radiologiyanın aktual istiqamətlərinə həsr olunmuş elmi-praktiki seminar keçirilib
11.10.2026 14:58

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında radiologiyanın aktual istiqamətlərinə həsr olunmuş elmi-praktiki seminar keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, ATU-nun elmi işlər üzrə prorektoru, Radiologiya kafedrasının müdiri, professor Məlahət Sultanın təşkilatçılığı ilə keçirilən tədbirdə müasir diaqnostik yanaşmalar, radioloji görüntülərin təhlili və onların klinik praktikada tətbiqi müzakirə olunub.

 

Seminarın açılışında professor Məlahət Sultan radiologiyanın müxtəlif istiqamətlərini əhatə edən mühazirələrin praktik həkimlər, tələbə və rezidentlərin nəzəri biliklərinin zənginləşdirilməsi, klinik bacarıqlarının təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

 

Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri Yunus Əfəndiyev radioloji görüntülərin təhlili, kompüter tomoqrafiyası nəticələrinin düzgün qiymətləndirilməsi və differensial diaqnostika barədə məruzə ilə çıxış edib. O, klinik nümunə əsasında uşaq pasiyentə aid kompüter tomoqrafiyası görüntülərini təhlil edərək radioloji əlamətlərin müəyyənləşdirilməsi, mümkün diaqnozların müqayisəli qiymətləndirilməsi və TORCH sindromu ilə bağlı məsələlərə toxunub. Qeyd olunub ki, radioloji görüntülərin klinik məlumatlarla birlikdə dəyərləndirilməsi düzgün diaqnozun qoyulmasında mühüm rol oynayır.

 

Seminarda beynəlxalq radiologiya ictimaiyyətində tanınan tibb elmləri doktoru, professor Rainer Reinmüller də iştirak edib. Beynəlxalq elmi jurnallarda 120-dən çox elmi məqalənin və 400-dən artıq elmi tezisin müəllifi olan professor döş qəfəsinin rentgenoqrafik görüntülərinin təhlili və ürəyin kompüter tomoqrafiyası müayinələrinin qiymətləndirilməsi mövzularında təqdimatlar edib. O, müasir radioloji görüntülərin düzgün şərhi və diaqnostik yanaşmaların klinik praktikada tətbiqi barədə məlumat verib.

 

Elmi-praktiki seminar radiologiya sahəsində müasir bilik və təcrübə mübadiləsi, diaqnostik yanaşmaların təkmilləşdirilməsi, eləcə də tələbə və rezidentlərin peşəkar inkişafı baxımından əhəmiyyət daşıyıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Gəncədə 
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
Bu gün Beynəlxalq Həkimlər Günüdür