31 rezidentin hesabatı dinlənildi, klinik protokollara dair rəylər müzakirə olundu
07.10.2026 12:35

Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2026-cı il üzrə rezidentlərin fəaliyyəti, klinik protokollara verilmiş rəylər və elmi işçilərin attestasiya nəticələri müzakirə olunub.

 

Aztibb.az xəbər verir ki, məsələlərin müzakirəsi Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmrinə əsasən yenilənmiş və təsdiqlənmiş tərkibdə fəaliyyət göstərən Elmi Şuranın 7 saylı iclasında aparılıb. İclasda Elmi Şuranın sədri və üzvləri, rezidentlər və kuratorlar iştirak ediblər.

 

Hazırda institutda 48 rezident təhsil alır. Onlardan 26-sı pediatr, 12-si uşaq cərrahı, 8-i neonatoloq, 2-si isə uşaq qastroenteroloqu ixtisası üzrə hazırlıq keçir. İclasda 31 rezidentin 2026-cı il üzrə hesabatları dinlənilib. Hər bir rezident fəaliyyəti barədə hesabat təqdim edib, şura üzvlərinin suallarını cavablandırıb. Rezidentlərə gələcək fəaliyyətləri ilə bağlı təkliflər vermələri də tövsiyə olunub.

 

Daha sonra Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən hazırlanmış “Lipodistrofiya sindromlarının diaqnostika və müalicəsi üzrə klinik protokol” və “Stasionar və təcili, təxirəsalınmaz tibbi yardım şəraitində küvezlərin istismarı, təmizlənməsi və dezinfeksiyası üzrə standart əməliyyat proseduru” müzakirəyə çıxarılıb.

 

Hər iki sənədə dair verilmiş rəylər dinlənilib və geniş müzakirə aparılıb. Açıq səsvermə nəticəsində rəylərdə qeyd olunan iradların nəzərə alınaraq müvafiq düzəlişlərin edilməsi və sənədlərin yenidən baxılması tövsiyə olunub.

 

Elmi Şurada, həmçinin elmi işçilərin attestasiya məsələlərinə baxılıb. Attestasiya komissiyasının qərarı şura üzvlərinin diqqətinə çatdırılıb və müvafiq elmi işçilərin növbəti 5 il müddətinə seçilməsi gizli səsvermə yolu ilə həyata keçirilib.

 

Sonda elmi katib tərəfindən müxtəlif məsələlər şura üzvlərinin diqqətinə çatdırılıb və onların müzakirəsi aparılıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib