Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib
07.10.2026 11:36
Mərkəzi Gömrük Hospitalının Ürək-damar Cərrahiyyəsi şöbəsinin damar cərrahı, t.ü.f.d. Səbuhi Dadaşov Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin (ESVS) 40-cı İllik Görüşündə iştirak edib. 6–9 oktyabr 2026-cı il tarixlərində Serbiyanın Belqrad şəhərində keçirilən beynəlxalq elmi tədbir dünyanın müxtəlif ölkələrindən damar cərrahlarını, tədqiqatçıları və səhiyyə mütəxəssislərini bir araya gətirib.
Bu barədə Aztibb.az-a Gömrük Hospitalından xəbər verilib.
Bildirilib ki, damar və endovaskulyar cərrahiyyə sahəsində ən mühüm beynəlxalq elmi platformalardan biri hesab olunan ESVS 40-cı İllik Görüşündə müasir müalicə yanaşmaları, son elmi nailiyyətlər, innovativ texnologiyalar və klinik təcrübələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində aorta xəstəlikləri, periferik arterial xəstəliklər, karotid patologiyalar, venoz xəstəliklər, damar travmaları və damar cərrahiyyəsinin digər aktual istiqamətləri üzrə elmi sessiyalar, məruzələr və praktiki təlimlər təşkil olunub.
Qeyd edək ki, Avropa Damar Cərrahiyyəsi Cəmiyyəti (ESVS) damar cərrahiyyəsi və endovaskulyar müalicə sahəsində elmi biliklərin inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qabaqcıl klinik təcrübələrin paylaşılması istiqamətində fəaliyyət göstərən aparıcı peşəkar təşkilatlardan biridir.
Bu bölməyə aid digər xəbərlər
İnvaziv kardioloq İlqar Tahiroğlu AZTV-yə müsahibə verib
07.10.2026 | 15:43
Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb
07.10.2026 | 14:15
Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib
07.10.2026 | 11:36
İstanbulda keçirilən beynəlxalq konqresdə ATU-nun dağınıq skleroz üzrə elmi nəticələri təqdim edilib
07.10.2026 | 09:28
Tələbələr Respublika QİÇS-lə Mübarizə Mərkəzinin fəaliyyəti ilə tanış olublar
06.10.2026 | 14:56
Qida ilə təmasda olan mütəxəssislər üçün növbəti təlim keçirilib
06.10.2026 | 11:04
Nyu-York sakini yeddi il bədənindəki cərrahi iynə ilə yaşayıb
05.10.2026 | 16:40
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb
05.10.2026 | 14:23
Bu gün Beynəlxalq Həkimlər Günüdür
05.10.2026 | 09:44
Səhiyyə Nazirliyinin nümayəndələri Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayında iştirak edib
04.10.2026 | 17:18
ÇOX OXUNANLAR
LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb
30.09.2026 | 15:57
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
06.10.2026 | 13:49
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
28.09.2026 | 13:10
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Aynurə Əliyeva
01.10.2026 | 16:44
Kardioloq: "Ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır"
28.09.2026 | 13:33
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
29.09.2026 | 14:41
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
28.09.2026 | 12:45
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
28.09.2026 | 15:19
Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub
29.09.2026 | 10:12
ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib
30.09.2026 | 09:06
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib
01.10.2026 | 15:26
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
29.09.2026 | 09:24
“Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
01.10.2026 | 11:49
Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
03.10.2026 | 09:16

