10 oktyabr – Dünya Ağciyər Sağlamlığı Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə beynəlxalq elmi-praktiki konfrans baş tutub.
Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, lonfransda pulmonologiya və ftiziatriya sahələrində müasir elmi-klinik yanaşmalar, ağciyər xəstəliklərinin erkən aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikası müzakirə olunub.
Tədbirdə yerli və xarici mütəxəssislər – pulmonoloqlar, ftiziatrlar, torakal cərrahlar, digər ixtisas həkimləri və laboratoriya mütəxəssisləri iştirak ediblər.
Elmi məruzələr və interaktiv müzakirələr zamanı müasir müalicə yanaşmaları, multidissiplinar əməkdaşlığın əhəmiyyəti və elmi sübutlara əsaslanan klinik qərarlar barədə fikir mübadiləsi aparılıb.
Konfrans ağciyər sağlamlığının qorunması, müasir elmi biliklərin paylaşılması və beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi baxımından mühüm platforma olub.

