Gəncədə "Tibb işçilərinin peşəkar davranış qaydaları" mövzusunda maarifləndirici təlimlər davam etdirilir
02.10.2026 16:54

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində fəaliyyət göstərən tibb müəssisələrində "Tibb işçilərinin peşəkar davranış qaydaları" mövzusunda maarifləndirici təlimlər davam etdirilir.

 

Gəncə ŞBX-dan Aztibb.az-a bildirilib ki, növbəti belə tədbir Z.Məmmədov adına xəstəxanada baş tutub. Təlimdə sözügedən tibb müəssisələrinin orta və kiçik tibb işçiləri iştirak edib. Gəncə ŞBX-nin Tibb bacıları şöbəsinin müdiri Güney Əzizova və Keyfiyyətə nəzarət üzrə məsul şəxs, təlim koordinatoru Ənvər Abbasov tərəfindən təşkil olunan tədbirdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində vacib məqamlar müzakirə olunub.

 

Təlimçilər tərəfindən xidmət keyfiyyətinin artırılmasında peşəkar davranış qaydalarının tibbi xidmətin ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Eyni zamanda, iştirakçılara pasiyentlərlə düzgün ünsiyyət qurulması, tibbi etika və deontologiya prinsiplərinə ciddi riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.

 

İnteraktiv formada keçən təlimin sonunda tibb heyətini maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə