İSİM-in bir qrup işçisi təltif olunub
03.10.2026 10:23

Azərbaycan Respublikasının səhiyyə nazirinin müvafiq əmrləri ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) bir qrup işçisi təltif olunub.

İSİM-dən Aztibb.az-a bildirilib ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 20 illik yubileyi münasibətilə və səhiyyə sahəsində səmərəli fəalliyyətləri nəzərə alınaraq, İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev, Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva və Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunublar.

 

Nazirin digər Əmri ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin adları aşağıda qeyd olunan işçiləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif ediliblər:
1. Lətafət Dadaşova – Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini;
2. Ülkər Camalova – Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini;
3. Rüstəm Məmmədov – Baş hüquq məsləhətçisi;
4. Kamila Kərimova – Təlim-resurs şöbəsinin müdiri;
5. Samir Mehdiyev – Səhiyyə texnologiyaları və teletəbabət şöbəsinin müdiri;
6. Lütfi Qafarov – İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri;
7. Aysel Qurbanlı – İnsan resursları və hüquq şöbəsinin müdiri;
8. İnara Makayeva – Monitorinq və təhlil şöbəsinin müdiri;
9. Cəmil Abbasov – Müharibə veteranları və şəhid ailələri ilə əlaqələndirmə şöbəsinin müdiri;
10. Pərvin Quliyeva – Təlim-resurs şöbəsinin müdir müavini.


Səhiyyə nazirinin müavini Nadir Zeynalov təltifləri təqdim edərək hər birinə fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayıb.



Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub