İctimai səhiyyənin inkişafında milli pediatriya məktəbinin rolu vurğulanıb
02.10.2026 09:19

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

 

Aztibb.az xəbər verir ki, ölkəmizdə ictimai səhiyyənin aktual problemlərinə və inkişaf perspektivlərinə həsr olunan konfransda dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, səhiyyə və tibb işçiləri, tanınmış şəxslər iştirak ediblər.

 

Tədbirin elmi hissəsində səhiyyənin aktual məsələləri üzrə müxtəlif tədqiqat və layihələr qruplar şəklində təqdim olunub.

 

Konfransda ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının Beynəlxalq əlaqələr üzrə eksperti t.ü.f.d. Səbinə Cəfərova “Azərbaycan Pediatrlar Assosiasiyası: milli pediatriyanın təşəkkülündən müasir səhiyyə islahatlarına” mövzulu təqdimatında Azərbaycanda pediatrik elmi istiqamətin formalaşmasından başlayaraq ana və uşaq sağlamlığı, eləcə də ictimai səhiyyənin inkişafınadək bu prosesdə akademik Adilə Namazovanın yaratdığı elmi məktəbin xüsusi rolundan bəhs edib. Bildirib ki, görkəmli alimin fəaliyyəti pediatriyanın klinik və profilaktik istiqamətlərinin inkişafına, yeni nəsil mütəxəssislərin hazırlanmasına və elmi irsin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verib.

 

Səbinə Cəfərova APA-nın fəaliyyətinə toxunaraq qeyd edib ki, Assosiasiya respublikanın şəhər və rayonlarında pediatrların bilik və peşə hazırlığının artırılmasına, elmi kadrların yetişdirilməsinə, əhalinin və gənc nəslin tibbi maarifləndirilməsinə fəal mövqeyə malikdir. Alim bildirib ki, pediatriya sahəsində formalaşmış elmi və peşəkar potensial sonrakı mərhələdə ictimai səhiyyə və səhiyyə islahatlarının inkişafı üçün mühüm baza yaradıb. Bu baxımdan İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılmasını səhiyyə proqramlarının hazırlanması, tətbiqi, islahatların əlaqələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və digər fəliyyətlərin metodik əsaslandırılması istiqamətində mühüm institusional mexanizmlərdən biri kimi qiymətləndirib.


Məruzəçi onu da qeyd edib ki, Azərbaycan Pediatrlar Assosiasiyasının beynəlxalq əməkdaşlıq və bilik transferi, bioetika, pasiyent-mərkəzli yanaşma və uşaq hüquqlarının qorunması istiqamətlərində həyata keçirdiyi fəaliyyətlər pediatrik xidmətlərdə profilaktika, maarifləndirmə və ictimai səhiyyə prinsiplərinin gücləndirilməsinə şərait yaradır.

 

Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 20 illik yubileyi münasibətilə respublikada ictimai səhiyyə bazasının formalaşma tarixindən bəhs edən “Azərbaycanda ictimai səhiyyə: keçilən yol və gələcəyə baxış” adlı video-çarx və İSİM tərəfindən ictimai səhiyyənin aktual mövzularına dair müxtəlif illərdə görülən işləri əks etdirən foto və çap materiallarından ibarət sərgi nümayiş olunub. Həmçinin səhiyyə sahəsində səmərəli fəaliyyətləri nəzərə alınaraq bir qrup İSİM əməkdaşı təltif edilib.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub