Oromandibulyar distoniya nədir?
03.10.2026 15:49

Oromandibulyar distoniya ağız, çənə, dil və üz əzələlərinin iradədən asılı olmayan, təkrarlanan yığılması və hərəkətləri ilə gedən nevroloji hərəkət pozuntusudur. Buna çənənin qeyri-iradi sıxılması və ya açılması, ağızın istəmədən büzülməsi, dilin qeyri-iradi hərəkətləri, danışarkən və ya yemək yeyərkən çənənin idarə olunmasının çətinləşməsi və bəzən ağızın açılmasının müvəqqəti məhdudlaşması aiddir.

 

Bu barədə Aztibb.az-a Xətai Tibb Mərkəzinin nevroloqu Könül Məmmədova məlumat verib.


Onun sözlərinə görə, sadəcə yemək zamanı çənənin şaqqıldaması və ağzın tam açılmaması daha çox çənə oynağının (TMJ) disfunksiyasını düşündürür. Distoniyada isə adətən qeyri-iradi əzələ yığılmaları və qəribə, təkrarlanan hərəkətlər də olur.

Həkim bildirib ki, əgər sizdə və ya tanıdığınız şəxsdə bu əlamətlər varsa, nevroloq müayinəsi ilə yanaşı gnatoloq/stomatoloq müayinəsi də məqsədəuyğundur.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub